t s

» » Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır

Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır

13-01-2020, 10:46 Yazar:  Firuzə Baxılıb: 26 Çap et
Dünya çempionumuz Çilidən gümüş medalla qayıdırDünya çempionumuz İrina Zaretskaya (-68 kq) Çilinin paytaxtı Santyaqoda keçirilən ilin ilk lisenziya xalı qazandıran Karate1 Seriya A turnirində gümüş medal qazanıb.

Mediaxeberleri.az xəbər verir ki, o, finaladək Daniele van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2 və Feryal Abdelazizi (Misir) 1:0 hesabı ilə məğlub edib.

Həlledici görüşdə İ.Zaretskaya Silvia Semeraroya (İtaliya) 0:1 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılıb. Olimpiya və dünya reytinqində birinci sırada yer alan İrina Zaretskaya finala çıxmaqla xallarını bir qədər də artırıb. Onu yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk Premyer Liqa turniri də gözləyir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:55 Milli komandamız “Karate 1” Premyer Liqa turnirində iki medal qazanıb Azərbaycan karateçiləri Madriddə keçirilən “Karate 1” Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar. Dünya Karate Federasiyasının (WKF) mötəbər liqasında İrina Zaretska (68 kiloqram) qızıl, Pənah Abdullayev (84 kiloqram) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın
14:43 Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər - TƏHLİL Azərbaycanın iki karateçisi – Rafael Ağayev və İrina Zaretskaya mübarizə apardıqları öz çəki dərəcələrində bu ilin ən güclüləri (“Grand Winners”) elan edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, Dünya Karate Federasiyasının (WKF) K1 Premyer Liqa yarışlarına əsasən təsis etdiyi “Best of the
22:06 Millimiz Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb Azərbaycan millisi Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev mərakeşli Yassin Sekuri, Rodriqo İbanez (İspaniya) və Slovakiya təmsilçisi Matus Lieskovskini məğlub
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
21:01 "Ermənini yenəcəyəm" deyib, Azərbaycanı dünyaya tanıtdı - VİDEO Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az