t s

» » Güləş yığmamız Türkiyədə birinci yeri tutdu

Güləş yığmamız Türkiyədə birinci yeri tutdu

12-01-2020, 18:40 Yazar:  Samir Baxılıb: 119 Çap et
Güləş yığmamız Türkiyədə birinci yeri tutdu
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.

Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (-62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə bir qızıl, bir gümüş və üç bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında ikinci yeri tutub.

Türkiyə birinci, Bolqarıstan isə üçüncü olub. Sərbəst güləşdə Əbubəkr Abakarov (-79 kq), Aslanbəy Alborov (-92 kq), Camaləddin Məhəmmədov (-125 kq) qızıl, İntiqam Vəlizadə (-61 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Şamil Zubairov (-92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə dörd qızıl, bir gümüş və altı bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla birinci yeri tutub. Meydan sahibi Türkiyə ikinci, Gürcüstan isə üçüncü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:46 Güləşçilərimiz İstanbulda altı medal qazanıb: ikisi qızıldır Azərbaycan güləşçiləri İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirində altı medal qazanıblar. Güləş Federasiyasından verilən məlumata görə, idmançılarımız bu uğura memorialın ikinci günündə nail olublar. Yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq)
11:49 24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan “Samsung” markalı mobil
21:55 24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan “Samsung” markalı mobil telefonda Vatsap proqramına baxıb. Sevgi
08:26 AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, 125 kq çəki dərəcəsində Rahid Həmidli Polşa idmançısı Yakub Brılovski ilə qarşılaşıb. İdmançımız rəqibinə 6:4 hesabı ilə qalib gəlməklə,
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az