t s

» » Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi

12-01-2020, 09:16 Yazar:  Samir Baxılıb: 90 Çap et
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi
Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında Qərar verib.

Qərara əsasən, xidmət haqqı məbləğləri aşağıdakı kimidir:


Qeydlər:

1. Qiymətlərə ƏDV daxildir.

2. Xidmət haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən müəyyən edilən 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.

3. Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquqmühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt əmsalı tətbiq olunur.

4. Yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur.

5. Sifarişçisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.

6. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 8.1-ci bəndinə əsasən, bu sənəddə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsi ilə müəyyən edilmiş ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda xidmət haqqı ödənilmir.

7. Cədvəlin 5-ci hissəsindəki xidmət haqqı layihə üzrə tikinti obyektinin ümumi sahəsinə əsasən hesablanır. Həmin Cədvəlin 5-ci və 6-cı hissələrinə əsasən xidmət haqqı hesablanan tikinti obyektinin ümumi sahəsinə yeraltı qaraj mərtəbəsinin sahəsi daxil edilmir.

8. Tikintisinə icazə tələb olunan tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təkrar yoxlanılması zamanı xidmət haqqı ödənilmir, bu şərtlə ki, ilkin müraciət zamanı xidmət haqqı ödənilmiş olsun, tikinti obyektinin təyinatı saxlanılsın və tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırılmasın, habelə təkrar müraciət tikintiyə icazə verilməsindən imtina edildiyi tarixdən və ya uyğunsuzluğun aradan qaldırılması barədə sifarişçiyə yazılı müraciətdən 3 (üç) ay müddətində edilsin. Bu müddət ərzində təkrar təqdim olunan tikinti layihəsinə əsasən tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırıldığı halda, tikinti layihəsinin yalnız artırılmış hissəsinə münasibətdə xidmət haqqı hesablanır.

9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrasından irəli gələn tədbirlərin yerinə yetirilməsində dayanıqlılığın təmin olunması məqsədilə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ödənişli xidmətlərə görə xidmət haqlarının məbləğinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə güzəştlər tətbiq edilir.

10. Cədvəlin 9-cu hissəsindəki xidmətlərə görə haqq 1 (bir) il müddəti üçün göstərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az