t s

» » İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq

İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq

11-01-2020, 13:56 Yazar:  Samir Baxılıb: 54 Çap et
İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaqLondon Olimpiadasında medal qazanış Rumıniyanın iki ağırlıqqaldırma üzrə atletinin təkrar dopinq test nümunələri müsbət çıxıb.

Mediaxeberleri.az xəbər verir ki, onlarda qadağan olunmuş anabolik steroid aşkar edilib.

69 kq çəki dərəcəsində 2012-ci il Olimpiadasında bürünc medal qazanmış Rızvan Martin və həmin çəkidə qadınlarda gümüş mükafatçı Roksana Kokoşun medalları əlindən alınacaq. Maraqlıdır ki, Kokoşun çəkisində üçüncü və dördüncü yeri tutmuş Belarus və Ermənistan idmançıları da gümüş medala yiyələnə bilməyəcək.

Çünki onlar da dopinqə düşüb. Bu səbəbdən səkkiz il sonra Qazaxıstandan Anna Nurmuxambetovaya gümüş, Kolumbiyadan Ubaldina Valoyesə bürünc medal təqdim olunacaq.

Bununla da Pekin-2008 və London-2012 Olimpiadalarında çıxış etmiş idmançılardan dopinq testi müsbət çıxmış idmançıların sayı 59-a çatıb. Rumıniyadan daha əvvəl Florin Kroytoruda London-2012-nin iştirakçısı kimi dopinq testi müsbət çıxıb.

Pekin və London Olimpiadalarında dopinq testlərinin sayı üç və daha artıq müsbət çıxan ölkələr bir illik qadağa ilə qarşılaşır və cərimə ödəməyə (50 min avro) məhkum edilir. Çin, Türkiyə, Ukrayna, Ermənistan, Belarus, Moldova, Azərbaycan, Rusiya və Qazaxıstan 2017-2018-ci illərdə artıq cəzasını başa vurub.

Qazaxıstan, Rusiya, Azərbaycan, Ermənistan və Belarus artıq bu Pekin-2008-dən sonra 20 və bundan çox dopinq pozuntusuna yol vermiş ölkədir. Ona görə də bu ölkələr Tokio Olimpiadasında maksimum iki ağırlıqqaldıranla təmsil oluna bilər. 10-19 pozitiv testi çıxan ölkələr isə dörd atlet göndərmək səlahiyyətinə malikdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az