t s

» » Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? - RƏSMİ AÇIQLAMA

Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? - RƏSMİ AÇIQLAMA

11-01-2020, 11:37 Yazar:  Samir Baxılıb: 57 Çap et
Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? - RƏSMİ AÇIQLAMA10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır.

“TV Press” Agentliyinin iddiasına əsasən, İ.Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.

Qafqazinfo yayılan bu məlumatla əlaqədar mərhumun atası Şərif Quliyevlə danışıb.

O qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması faktı düzdür. Ancaq bundan başqa heç bir məlumata sahib deyil, onun ad və ya soyadı barədə heç nə bilmir.

Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb.

O da qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür:

“Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyəti yoxdur. Hazırda aparılan istintaq zamanı saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.

Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddialar sırasında idi.

Xatırladaq ki, məlum qətl hadisəsində şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu ötən gün tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:40 10 yaşlı Nərminin qatilinin yeni görüntüsü yayıldı - FOTO Tovuzda 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxsin yeni fotosu yayılıb. Mediaxeberleri.Az xəbər verir ki, həmin şəxs rayonun Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğludur. Qeyd edək ki, qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az