t s

» » BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

10-01-2020, 23:06 Yazar:  Samir Baxılıb: 139 Çap et
BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinin şəhidlərinə həsr olunmuş fotoguşə ilə tanış olublar.

Filialın Heydər Əliyev auditoriyasında davam etdirilən tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciəyə hüquqi-siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə verildi və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atıldı.

A.Rüstəmov qeyd edib ki, "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Respublika Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Sonra filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında Pedaqoji fənlər kafedrasının müdiri, dekan əvəzi Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, şair, istefada olan mayor Mustafa Mustafayev, kafedranın müəllimi Türkan Məmmədova və Tarix ixtisasının II kurs tələbəsi Ədilə Səfərzadə 20 Yanvar faciəsinə həsr olunmuş maraqlı, yaddaqalan çıxışlar ediblər.


GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:28 Qazaxda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib Respublika Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ədibin həyat və yaradıcılığına həsr edilmiş silsilə tədbirlər
20:59 Qazaxda BDU-un 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür. Bu gün Qazaxda Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mediaxeberleri.az Goyezen.az-a istinadən
12:06 BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib 15.03.2019 -cu il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
15:17 Qanlı Yanvar faciəsinin 29-cu ildönümü qeyd edildi - QAZAXDA Bu gün Qazaxda “20 Yanvar faciəsi”nin 29-cu il dönümü qeyd olundu 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.
22:09 “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az