t s

» » Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri SIRASINDA

Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri SIRASINDA

10-01-2020, 22:37 Yazar:  Samir Baxılıb: 148 Çap et
Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri SIRASINDA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Musafa Babanlının dünyanın ən mötəbər “World Scientific” Beynəlxalq Elmi nəşriyyatı tərəfindən nəşr olunan “Fuzzy-logic based material selection and synthesis” kitabı Kompüter elmləri üzrə 2019-cu ildə nəşr olunmuş kitablar içərisində top onluqda yer alıb.

Unikal.org xəbər verir ki, ötən il rektor M.Babanlının materialşünaslıqla bağlı apardığı orijinal elmi tədqiqat işləri “World Scientific” tərəfindən “Fuzzy-logic based material selection and synthesis” adlı kitabında cəm olunub. İlin yekununda isə “World Scientific” nəşriyyatının elmi bazasının“Best of 2019” dəyərləndirməsində 10 top kitab siyahısına daxil edilib.

Kitabda ilk dəfə olaraq dahi həmyerlimiz Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis məntiqin materialşünaslığa tətbiq məsələləri əksini tapıb. Elə kitabın ilk xeyir-duasını da Lütfi Zadə verib.

Rektor Mustafa Babanlı burada materialşünaslığı qeyri-səlis məntiqlə əlaqələndirməklə dünya alimləri arasında ilk dəfə olaraq, beynəlxalq müstəvidə yeniliyə imza atıb. Fundamental əsərdə dünya elmi ədəbiyyatında ilk olaraq qeyri-müəyyən informasiya şəraitində verilmiş xarakteristikaya malik materialların, xüsusən də forma yaddaşlı materialların seçilməsi üçün qeyri-səlis modellərin yaradılması və onların tətbiqinə baxılıb. Kitabda həmçinin yeni materialların sintezi üsullarının geniş spektri təhlil olunub, bu elm sahəsində yeni fərqli istiqamət təklif edilib.

Bu elmi istiqamət baha başa gələn, böyük vaxt tələb edən və bir qədər də üzücü olan fiziki eksperimentlərdən dünyada toplanmış biliklər, böyük verilənlər və yeni süni intellekt texnologiyaları əsasında qurulan riyazi modellər və kompüter hesablamalarını ehtiva edən sistemli təhlilə keçiddir. Qeyri-səlis məntiqin və hesablama intellektinin sinerjisi material elminin və mühəndisliyin gələcək inkişafını təmin edən bir yanaşma olaraq bu kitabın özəyini təşkil edir. Kitab material elmi və mühəndisliyi, eyni zamanda kompüter elmləri sahəsində çalışan tədqiqatçılar, praktiklər, universitet müəllimləri və tələbələri üçün fundamental yeni bir vasitədir.

Xatırladaq ki, “World Scientific” dünyanın ən böyük elmi nəşriyyatlarındandır. Burada kitab çap etdirmək alimin şəxsi iradəsindən asılı deyil. Yalnız nəşriyyatın özü hər hansı alimə müəyyən elmi istiqamətdə kitab yazmağı sifariş verir. “Fuzzy-logic based material selection and synthesis” kitabı Azərbaycanda yeganə elmi tədqiqat işi kimi bu nəşriyyatda dərc olunub.

Arzu edənlər kitabla https://www.worldscientific.com/worldscibooks/10.1142/11164#t=toc linki vasitəsilə tanış ola bilərlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:13 Baş nazirdən təhsillə bağlı vacib - QƏRAR Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların
22:24 Yaponları heyran edən Lütfüzadə Yaponları öz kəşfi ilə heyran qoyan azərbaycanlı elm adamı: Lütfi Zadə Adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilən Lütfi Zadənin də elmə bəxş etdiyi töhfələrin vətəni yoxdur, alimin isə Vətəni Azərbaycandır. Dünyaya tanınmış ədiblər, bəstəkarlar, rəssamlar və ən nəhayət dahilər bəxş etmiş
11:25 Dünya şöhrətli alim - Lütfi Zadənin 95 yaşı tamam olur Fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 95 yaşı tamam olur. Mediaxeberleri.az AMEA-ının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 4-də dünya şöhrətli alim Lütfi Zadənin 95
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
23:31 Lütfi Zadə ― Dünyaya milyardlar qazandıran azərbaycanlı Dünyanın Lütfi Zadə kimi tanıdığı məşhur şəxsiyyət 4 fevral 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadə və yəhudi əsilli pediatr Fania Korimanın ailəsində dünyaya gəlmişdir. Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az