t s

» » Mərkəzi Bankın qərarı: 1 dollar 1,05 manat

Mərkəzi Bankın qərarı: 1 dollar 1,05 manat

21-02-2015, 13:15 Yazar:  Aygün Baxılıb: 885 Çap et
Mərkəzi Bankın qərarı: 1 dollar 1,05 manatAzər Mehtiyev: "Bu, artıq biabırçılıqdır"



Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bu, manatın 20 faizdən çox qiymətdən salınmasıdır.

Bu haqda Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Məlumatda o da deyilir ki, məqsəd milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etməkdir.

Mərkəzi Bankın məlumatında daha sonra bildirilir: “Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib”.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyini bəyan edir.​

Azərbaycan Mərkəzi bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb.

Azərbaycan valyutası ötən ilin sonunda rus rublu kəskin ucuzlaşandan sonra təzyiq altında idi.


Hökumət onun məzənnəsini saxlamaq üçün külli miqdarda dollar satmağa məcbur olmuşdu.

İqtisadçı Azər Mehtiyev Facebook səhifəsində Milli Bankına qərarına belə münasibət bildirib:

"Bu, artıq biabırçılıqdır. 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, bu gün isə belə bir qərar verilir. Bu addım azca da olsa əhalidə qalan inam və etibara son zərbəni vurdu. Hətta bütün iqtisadçılar belə əhalini ajiotajdan çəkindirməyə, onların panikaya düşməməsinə çalışırdılar. Ortada ciddi bir izahat da yoxdur".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:02 Mərkəzi Bankdan şok manat qərarı Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək... Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə
00:33 Manat rubl kimi ölə bilər (VİDEO) Ekspertlər əhalini təşvişə düşməməyə, təmkinli olmağa çağırır Dünyada gedən siyasi və iqtisadi prosseslərin sürətli dəyişməsi, neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəhayət Azərbaycanın dollardan və avrodan qiymətli manatına da təsir etməyə başladı. Hələlik böyük təsir yoxdur. Amma
23:22 Manat düşməyə başladı Manatın məzənnəsi bivalyuta səbəti əsasında müəyyənləşdirilir Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Bu barədə bu gün iqtisadçı ekspert Samir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az