t s

» » AFFA-dan sərt qərar: Bu şəxslərin futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu

AFFA-dan sərt qərar: Bu şəxslərin futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu

10-01-2020, 16:22 Yazar:  Samir Baxılıb: 91 Çap et
AFFA-dan sərt qərar: Bu şəxslərin futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.

Assosiasiyadan verilən məlumata görə, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu
Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı


Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:42 Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə
17:08 AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırıb - SİYAHI I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
18:41 Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..." Masallı rayonunda fəaliyyət göstərən bir qrup orta məktəb direktoru adından təhsil naziri Ceyhun Bayramova açıq məktub ünvanlanıb. Bir surəti də AFN-in redaksiyasına göndərilən məktubda rayon təhsil şöbəsinin rəhbərliyindən şikayət əksini tapıb. Həmin məktubu olduğu kimi təqdim edirik: Son illərdə
12:45 AFFA danışılmış oyunlarla bağlı daha bir nəfəri futboldan ömürlük uzaqlaşdırıb Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Mediaxeberleri.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib. Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az