t s

» » İspaniya Super kubokunun ilk finalçısı müəyyənləşib

İspaniya Super kubokunun ilk finalçısı müəyyənləşib

9-01-2020, 08:52 Yazar:  Samir Baxılıb: 71 Çap et
İspaniya Super kubokunun ilk finalçısı müəyyənləşib
İspaniya Super kubokunun ilk yarımfinal oyunu keçirilib.

Mediaxeberleri.Az
xəbər verir ki, ilk oyunda “Valensiya” komandası “Real Madrid”lə üz-üzə gəlib.

“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:1 hesab ilə qələbə qazanıb. Zinəddin Zidanın rəhbərlik etdiyi kollektivdə Toni Kros, İsko və Luka Modriç fərqləniblər.

“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub. Bu qələbə “Real Madrid”i finala yüksəldib.

Digər yarımfinal görüşü yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da “Barselona” və “Atletiko Madrid” klubları arasında baş tutacaq.

Qeyd edək ki, İspaniya Super kuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir. Turnirin final görüşü yanvarın 12-də reallaşacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazandı - FOTO Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə
21:20 “Həmrəylik kuboku”-nun final oyunu keçirilib Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsində 3-cü yer uğrunda matç və final oyunu keçirilib. Qazax Olimpiya İdman Kompleksində reallaşan
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
09:54 ÇEMPİONLAR LİQASINDA YARIMFİNAL HƏYƏCANI - MADRİD DERBİSİ Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək. Çempionlar Liqasının son qalibi "Real” turnirin son finalçısı "Atletiko”nu qəbul edəcək. "Real” ÇL-də həmşəhəri üçün
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az