t s

» » Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)

Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)

18-06-2015, 01:44 Yazar:  Röya Baxılıb: 1013 Çap et
Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb.

Komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir.

Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir.

Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız geriləyərək 5-ci yerə düşüb.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 11 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıb. Rusiya idmançıları isə 16 qızıl, 5 gümüş, 8 bürünc medal qazanıb. Rusiya ümumilikdə 29, Azərbaycan isə 23 medala sahibdir.

Xatırladaq ki, bu gün Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Bir az əvvəl Toğrul Əsgərov (65 kq) Avropa Oyunlarının qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medalını qazanıb. Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, yarışların bürünc medalını qazana bilməyib.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.


Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:05 Kim neçə medal qazanıb? - SİYAHI Bu gün birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan reytinq siyahısında ikinci yerini qorumağı bacarıb. Azərbaycan qazanılan medallara görə, yenə də siyahıda Rusiyadan sonra ikinci yerdədir. Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə
09:38 Azərbaycan medal sayına görə liderlər sırasındadır (CƏDVƏL, VİDEO) Komandamız birinci Avropa Oyunlarında 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edib Bu gün birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışların nəticələrinə görə Azərbaycan öz uğurlu mövqeyini qoruyur Azərbaycan qazanılan medallara görə, siyahıda Rusiyadan sonra ikinci yerdədir. Belə ki,
22:55 Güləşçimizdən möhtəşəm qələbə, 7-ci qızıl medalı belə qazandıq (VİDEO) I Avropa Oyunlarında güləşçimiz Mariya Stadnik millimizə 7-ci qızıl medalı qazandırıb. Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 48 kq çəki dərəcəsində təmsil edən Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb. Olimpiya
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
20:27 Bakı-2015: Güləşçilərimizdən daha bir medal - Həsən Əliyev 3-cü oldu Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az