t s

» » Nazir Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıb

Nazir Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıb

30-12-2019, 12:48 Yazar:  Samir Baxılıb: 68 Çap et
Nazir Xalq artisti Fatma Mahmudovanı mükafatlandırıbMədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Xalq artisti Fatma Mahmudovanı teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə mükafatlandırıb.
Teatrdan Mediaxeberleri.az-a verilən məlumata görə, Akademik Musiqili Teatrda F.Mahmudovanın şərəfinə təşkil olunan səmimi toplantıda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət nazirinin "31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi" və Yeni il Bayramı ərəfəsində sevilən aktrisaya ünvanladığı təbrikləri çatdırıb və imzaladığı "Fəxri Fərmanı" ona təqdim edib.
Təqdimat mərasimində aktrisanın illərlə eyni səhnəni bölüşdüyü sənət dostları, Əməkdar artistlər – Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova və başqaları da çıxış edərək Xalq artistinə xoş və səmimi təbriklərini bildiriblər.
Fatma Mahmudova ona göstərilən xüsusi diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, onun üçün qürurverici bir hadisədir.

Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ilin 30 dekabrında Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan F.Mahmudova 1968-ci ildən başlayaraq uzun müddət Ağdam Dövlət Dram Teatrında çalışıb. Bu müddət ərzində həmin teatrın səhnəsində aparıcı aktrisa kimi bir çox tamaşalarda özünəməxsus obrazlarla teatrsevərlərin qəlbinə yol tapıb, onların sevimlisinə çevrilə bilib.
1994-cü ildən taleyini Azərbaycan Dövlət Akademik Musiqili Teatrına bağlayan istedadlı aktrisa burada da nümayiş olunan tamaşaların əksəriyyətində bir sıra maraqlı obrazlar yaradıb. Azərbaycan telemekanında müxtəlif seriallarda, Azərbaycan kinofilmlərində aktrisanın bir-birindən maraqlı obrazları hər zaman tamaşaçılar tərəfindən sevgi ilə qarşılanır.
Fatma Mahmudova 1989-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az