t s

» » Elnuru təhqir edən türkiyəli jurnalist üzr istədi

Elnuru təhqir edən türkiyəli jurnalist üzr istədi

21-02-2015, 09:04 Yazar:  Aygün Baxılıb: 580 Çap et
Elnuru təhqir edən türkiyəli jurnalist üzr istədi“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Əriş üzr istəyib.


Mediaxeberleri.az-ın ans press-ə istinadən məlumatına görə, jurnalist bu barədə twitter səhifəsində açıqlama verib.

Bülənt Əriş bildirib ki, onun Elnur Hüseynov haqda yazdıqları insanlar tərəfindən səhv başa düşülüb.

Ankaralı olduğunu deyən jurnalist müsabiqənin qalibinin Türkiyə vətəndaşı olmasını istədiyini bildirib.

“Azərbaycanlı qardaşlarıma sözüm yoxdur. Həssaslığınızı başa düşürəm. Mən sadəcə fikrimi bildirdim. Ayrı seçklikik etməyə qarşıyam. Azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm”, - deyə Bülənt Əriş bildirib.

Qeyd edək ki, Elnur Hüseynovun qələbəsini dırnaqarası qəbul edən Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş Elnurun istedadını şübhə altına almışdı. Ən pisi isə onun adını 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:35 Tovuzda fahişəxana saxlayan qadın tutuldu Əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib Mediaxeberleri.az xəbər verir ki, anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat
01:22 Elnur qalibiyyətin bir addımlığında - YENİLƏNİB + VİDEO Həmyerlimiz “O Sole Mio” opera parçasını səsləndirib. Bu gün “O səs Türkiyə”nin final gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb. Mediaxeberleri.az xəbər verir ki, Ebru Gündəşin komandasında yer alan yarışan həmyerlimiz “O Sole Mio” opera parçasını səsləndirib. Daha sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az