t s

» » Güləşçimizdən möhtəşəm qələbə, 7-ci qızıl medalı belə qazandıq (VİDEO)

Güləşçimizdən möhtəşəm qələbə, 7-ci qızıl medalı belə qazandıq (VİDEO)

15-06-2015, 22:55 Yazar:  Aygün Baxılıb: 552 Çap et
Güləşçimizdən möhtəşəm qələbə, 7-ci qızıl medalı belə qazandıq (VİDEO)I Avropa Oyunlarında güləşçimiz Mariya Stadnik millimizə 7-ci qızıl medalı qazandırıb.

Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 48 kq çəki dərəcəsində təmsil edən Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb.

Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu M.Stadnik bu dəfə də üstün güləş nümayiş etdirərək bolqar rəqibini məğlub edə bilib.

E.Yankovaya elə 4-cü dəqiqədə vaxtından əvvəl - 12:1 hesabı ilə təmiz qalib gələn güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (Portuqaliya) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (Fransa) 11:0
1/2 final - İvona Matkovska (İsveç) - Mariya Stadnik 2:8 (təmiz qələbə)

FİNAL - Mariya Stadnik - Elitsa Yankova (Bolqarıstan) 12:1

Bu, Azərbaycanın Avropa Oyunlarında 7-cı qızıl medalıdır.

Qeyd edək ki, yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
20:27 Bakı-2015: Güləşçilərimizdən daha bir medal - Həsən Əliyev 3-cü oldu Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az