t s

» » Medalların sayına görə reytinq cədvəlində birinciyik

Medalların sayına görə reytinq cədvəlində birinciyik

15-06-2015, 09:12 Yazar:  Məmməd Məmmədov Baxılıb: 973 Çap et
Medalların sayına görə reytinq cədvəlində birinciyikBakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi.

Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı.

Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl medal əlavə edib. Digər karateçi Ayxan Mamayev də finalda yunanıstanlı Georgios Tzanos Michail-i məğlub edərək qızıl medal əldə edib.

Azərbaycanlı güləşçi Elvin Mürsəliyev isə finalda serbiyalı Viktor Nemes-i məğlub edərək qızıl medala sahib olub. 66 kq çəki dərəcəsində yarışan digər güləşçi Həsən Əliyev isə bürünc medal qazanıb.

Bu gün keçirilmiş kişilərin triatlon yarışında Azərbaycanı təmsil edən Rostislav Pevtsov üçüncü yerə çıxıb. Triatlon yarışlarında qızıl medalı britaniyalı Gordon Benson qazanıb.

Cədvəldən də göründüyü kimi, Azərbaycan 13 - altı qızıl, iki gümüş, beş bürünc – medalla siyahıya başçılıq edir.
Medallar cədvəlində beş qızıl medalla Rusiya ikincidir. Dörd qızıl medalla Türkiyə və İsveçrə isə üçüncü və dördüncü yerləri bölüşürlər.

Qeyd edək ki, Azərbaycanın ilk medalını dünən keçirilmiş 55 kq-dək çəki dərəcəsi üzrə qadınların yarışında karateçi İlahə Qasımova qazanıb. O, üçüncü yerə çıxmaqla Azərbaycana bürünc medal qazandırıb. Dünən keçirilmiş kumite yarışlarında Azərbaycanı təmsil edən Rəfael Ağayev də qızıl medal əldə edib. O, finalda İtaliya idmançısı Luigi Busa-nı məğlub edib. Kişilər arasında keçirilən 60 kq çəki dərəcəsində karate yarışlarında isə Firdovsi Fərzəliyev italiyalı Luka Mareskanı 4-0 məğlub edərək qızıl medal əldə edib. Karate üzrə kişilərin yarışında daha bir Azərbaycan təmsilçisis Niyazi Əliyev isə bürünc medal qazanıb.

Bundan əlavə Azərbaycan güləşçiləri dünən üç medal əldə edib. 71 kq çəki dərəcəsində güləş yarışlarında Rəsul Çunayev qızıl, 80 kq çəki dərəcəsində kişilərin yarışında Rafiq Hüseynov gümüş, 59 kq çəki dərəcəsində yarışlarda isə Elman Muxtarov bürünc medal qazanıb.


Medalların sayına görə reytinq cədvəlində birinciyik




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:27 Bakı-2015: Güləşçilərimizdən daha bir medal - Həsən Əliyev 3-cü oldu Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar
21:44 Boksçularımız erməniləri məğlub edib finala çıxdılar Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində
02:34 Karateçilərimiz dünya çempionatında 40 medal qazandı Tbilisidə karatenin şotakan növü üzrə keçirilən VI dünya çempionatı başa çatıb. Azərbaycanın 6 yaşdan 14 yaşadək olan oğlan və qız karateçilərindən sonra tatami üzərinə 15-16 və 17 yaşadək idmançıları çıxıb. Yeniyetmələrimiz mübarizədən 4 qızıl, 3 gümüş və 6 bürünc medalla ayrılıblar. Sonra
00:28 Cüdoçumuz qızıl medal qazandı Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışları keçirilir Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb. Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az