t s

» » İsrafil ağa Oruc oğlu Kərbəlayev

İsrafil ağa Oruc oğlu Kərbəlayev

18-12-2019, 16:04 Yazar:  Samir Baxılıb: 159 Çap et
İsrafil ağa Oruc oğlu Kərbəlayev
1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəyailəsində anadan olmuşdur.İsrafil ağa Qazax şəhərində qədim hamam; İsrafil ağa hamamı tikdirib, qoşa günbəzli hamam olub, Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir.Hamamı Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanılır. Bina memar Müzəffər Hüseynovun İsrafil ağa Oruc oğlu Kərbəlayevlayihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb.

Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə Şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir. Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.

Şəhərin mərkəzi hissəsində yerləşən Cümə məscidi 1899-ci ildə Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır.
Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırılmışdır və yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır. Bu Allah evi özünün əzəməti, yaraşıqlı minarələri, həyətindəki köməkçi binaları ilə diqqəti cəlb edir Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır.

Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Koxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

İsrafil ağa Oruc oğlu Kərbəlayev


Bu bina Qıraq Kəsəmən elinin kəndxudası olmuş İsrafil Ağanın malikanəsidir.

XIX əsrin sonlarında, Tiflis və Sankt Peterburqdan gətirilmiş memarların verdiyi layihə əsasında inşa edimiş və bina əsasən özündə həm klassik Avropa, həm də Şərq arnamentlərini biləşdirir.

Ev çöldən qırmızı kərpic, içdən isə çay daşı ilə hörülmüş, dam örtüyü isə kiramitlə örtülmüşdür. Deyilənə görə tikiliş zamanı binanın dözümlülüyünü artırmaq üçün onun palçığını su ilə deyil südlə və yumurtanın sarısı ilə yoğurmuşlar. Malikanəni daha da əzəmətli edən onun o dövrün yüksək dəbdəbəsi ilə inşa edilməsi ilə İsrafil ağa Oruc oğlu Kərbəlayevbərabər yerləşdiyi yüksəklidir. Bura köhnə kəndin həm girişi idi, həm də ən yüksək nöqtəsi. Evdən kəndə, onun əkin və örüş sahələrinə, habelə bura gəlib gedənlərə asanlıqla nəzarət etmək olurdu. Malikanə 8 otaq, 1 dəhliz və 2 eyvandan (ön, arxa) ibarətdir.

Bir vaxtlar bu yurd yeri ən böyük kəndlərdən biri olub. Bu kənd Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına görkəmli nümayəndələr bəxş edib.

Onunla eyni dövrdə yaşayan, haqqında dastanlar, kitablar yazılan Qaçaq Kərəm də bu kənddə böyüyüb, boya-başa çatıb. Cavanlıqda dost, sonradan isə qan düşməni olan İsrafil Ağa və Qaçaq Kərəmin bir-biri ilə etdiyi düşmənçilik belə, xalq arasında onları bir mərdlik, namus, qeyrət, igidlik, şücaət, kişilik etalonuna çevirib, bu gün nəinki Qıraq Kəsəmən elində hətta bütün Azərbaycanda gənc nəsillərə örnək kimi dəyərləndirilir.

PS. Bütün mənbələr İsrafil ağanın Qıraq Kəsəmən kəndi ərazisində(indiki ağavurulan yerdə) Kərəmin bacısı uşaqları tərəfindən gülləndiyini yazır. Amma bu həqiqət deyil. İsrafil ağa Türkiyədə yaşamış və orada evlənmişdir. Bu gün də onun nəvə və nəticələri İstanbulda yaşayır. Qazax rayonunun sadə insanları onların evinə gedib gəlir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az