t s

» » Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM

Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM

14-06-2015, 16:03 Yazar:  Aygün Baxılıb: 1008 Çap et
Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIMDünya çempionumuz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq.

Bu gün "Bakı - 2015" I Avropa Oyunlarında Yunan - Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.

Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb.

Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0. Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:44 Boksçularımız erməniləri məğlub edib finala çıxdılar Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində
23:19 Azərbaycan 53 medal qazandı Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Ötən ilki yarışlardan fərqli olaraq bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş
01:12 Avropa çempionatında daha bir medal - VİDEO Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən tarışda 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 59 kq çəki dərəcəsində mübarizə aparan
00:28 Çempionumuz göz yaşlarını saxlaya bilmədi - VİDEO İstanbulda karateçilərin 50-ci Avropa çempionatı keçirilib. İstanbulda karateçilərin 50-ci Avropa çempionatının keçirilməsi və yarışda milli komandamızın mükafatlar qazanması barədə xəbər vermişdik. 75 kq-dək çəki dərəcəsində Rafael Ağayev Avropa çempionatının qalibi adını qazanıb.O, finalda öz
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az