t s

» » Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı”

Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı”

21-02-2015, 01:41 Yazar:  Aygün Baxılıb: 766 Çap et
Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı”AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib.

APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini belə açıqlayıb: “Razi bəy AXCP-nin müxalif siyasi kursuna uyğun gəlməyən, bir çox hallarda hakimiyyətin siyasi maraqlarına xidmət edən fəaliyyətinə görə sədr müavinliyindən kənarlaşdırılıb”.

F. Qəhrəmanlı R. Nurullayevin bir neçə ay öncə hakimiyyətin QHT sektoru ilə bağlı siyasətini təqdir edən hesabat yaydığını, R. Nurullayevin digər funksionerlər kimi kəskin çıxışlar etmədiyini, hətta bir çox hallarda bu tənqidlərin əleyhinə olduğunu gizlətmədiyini də qeyd edib.

Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimli Razi Nurullayevi müavin vəzifəsindən azad edib. R. Nurullayev isə bəyanat yayaraq partiyadan istefa verdiyini qeyd edib. O, bəyanatında Ə. Kərimlinin partiyada avtoritar idarəçilik qurduğunu, cəbhəçilərin inamından sui-istifadə edib, onları istismar etdiyini də vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:18 Razi Nurullayev: “AXCP-də diktatura hökm sürür, Əli Kərimli avtoritar düşüncəyə malikdir” - YENİLƏNİB Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. Bu barədə o, özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O, buna təəssüfləndiyini qeyd edib. R. Nurullayev istefasına
09:18 Siyasi partiyaların növbəti görüşündə hansı mövzu müzakirəyə çıxarılacaq? “Azadlıq-2015" bloku təklif irəli sürdü Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiya sədrlərinin ikinci görüşündə növbəti görüşlərdə müzakirəsi üçün konkret mövzunun əvvəldən təklif və müəyyən edilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, Əli Həsənovla görüşdə
09:22 MŞ-nin iqtidar-müxalifət görüşünü “şou” adlandırmasına sərt reaksiyalar Mirmahmud Mirəlioğlu: “Orada bəziləri öz adamlarını aldadaraq deyirlər ki, Əli Həsənov bizə on dəfə zəng elədi, amma getmədik”; İqbal Ağazadə: “Bu, ciddi xəstəlikdir, müalicəsi mümkün deyil” Sərdar Cəlaloğlu: “İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi” Milli Şuranın
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az