t s

» » Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındı

Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındı

16-12-2019, 12:10 Yazar:  Firuzə Baxılıb: 65 Çap et
Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındıİspaniya ikinci liqasının 20-ci turunda millimizin üzvü Eddi İsrafilovun da forma geyindiyi “Albasete” komandasının ukraynalı oyunçusu ev sahibi “Rayo Valyekano” azarkeşlərinin təhqirinə məruz qalıb.

“Carrusel Deportiva” xəbər verir ki, meydan sahibinin azarkeşləri qarşılaşmanın ilk hissəsi ərzində qonaqların hücumçusu Roman Zozulyanın ünvanına xoşagəlməz şüarlar səsləndiriblər.

“Rayo Valyekano” azarkeşləri oyunçunu nasist adlandırıblar. Əvvəlcə qarşılaşmanın baş hakimi oyunu saxlayıb, daha sonra isə, ümumiyyətlə, təxirə salıb.

Komandalar arbitrin bu qərarını dəstəkləyiblər. Ukraynalı oyunçunun baş verənlərdən məyus olduğu və soyunub-geyinmə otağında göz yaşlarını saxlaya bilmədiyi bildirilib.

Nəşrin məlumatına görə, hələ qarşılaşmadan əvvəl oyunçu meydana çıxmağa tərəddüd edib, təhlükəsizlik məsələlərindən ehtiyat edib, lakin sonda meydana çıxmağa qərar verib.

2017-ci ildə Zozulya “Rayo Valyekano”nun oyunçusu olub. Komandada heç bir qarşılaşmada iştirak etməyən oyunçu azarkeşlərlə yaranmış konfliktə görə komandanı tərk edib.

Qeyd edək ki, millimizin üzvü Eddi İsrafilov “Albasete”nin start heyətində oyuna başlayıb və 45-ci dəqiqədə qırmızı vərəqə alıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
03:38 Mixail Saakaşvili göz yaşlarını saxlaya bilmədi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Maydanda "Azov" batalyonunun həlak olan gürcü döyüşçüsü Georqi Canelidze ilə vida mərasimi zamanı göz yaşlarını saxlaya bilməyib. ANS PRESS-in məlumatına görə, Saakaşvili Canelidzenin həyat yoldaşının cəsarətinə heyrətlənidiyini bildirib. Vəfat edən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az