t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq

Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq

13-12-2019, 10:18 Yazar:  Samir Baxılıb: 215 Çap et
Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır.

Report xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “S&P Global Platts”a müsahibəsində bildirib.

SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib:


“Platformalarımızda səmt qazının şamda yandırılmaq əvəzinə toplanılması nəticələri kifayət qədər nəzərəçarpandır. Bu, həm ətraf mühitin qorunması, həm də SOCAR üçün əlavə gəlir mənbəyi olmaq baxımından əlverişlidir”.

O qeyd edib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15 faizini təşkil edir. R.Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfıra endirilməsi planlaşdırılır.

“Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfıra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək. Elə bu misaldan da göründüyü kimi, ekoloji proqram həm istehsalat, həm də biznes dayanıqlılığına töhfə ola bilər. Davamlılıq bir şirkət olaraq bizim üçün daha əhəmiyyətli olmağa başlayıb”, - SOCAR prezidenti əlavə edib.

Avropada üzvi yanacaq olaraq təbii qaza qarşı neqativ münasibətlə bağlı şirkətin mövqeyinə gəlincə o bildirib ki, Avropanın enerji balansında təbii qaz hələ də əhəmiyyətli rola malikdir:

“Biz şirkət olaraq təbii qaza qarşı yönələn kütləvi bir etiraz müşahidə etmirik. İctimai etiraz daha çox ümumilikdə üzvi yanacaqların ifrat istifadəsinə qarşı yönəlir. Bunlar ümumi mülahizələrdir, lakin korporativ perspektivdən yanaşanda Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlığımız yoxdur. Biz ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavab verən Cənub Qaz Dəhlizini, demək olar ki, tamamlamışıq”.

R.Abdullayev vurğulayıb ki, Avropa Komissiyasının sifarişi ilə aparılmış tədqiqatların nəticələrinə görə, Avropanı qazla təchiz edən mənbələr arasında Azərbaycan qaz yataqlarından istehlak bazarına qədər olan zəncirdə ən aşağı emissiya yaradan mənbə hesab edilib:

“Biz Avropanın aparıcı şirkətləri ilə qaz satışına dair 25 illik müqavilələr imzalamışıq. Alıcılarımızı bizim məhsullarımızla bağlı hər hansı çətinlik gözləmir, çünki proqnozlara görə Avropada yerli hasilat ilə tələbat arasındakı boşluq böyüməkdədir”.

Bundan başqa, SOCAR-ın prezidenti qeyd edib ki, şirkət karbon emissiyalarının yığılması, istifadəsi və saxlanılması layihələrini emissiyaların azaldılmasının yolu kimi görür.

O məlumat verib ki, SOCAR-ın uzunmüddətli hədəfi sıfır emissiyalı şirkət olmaqdır və buraya hibrid maşınlar və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələri kimi ekoloji baxımdan daha sərfəli nəqliyyatdan istifadə daxildir.

“SOCAR istehsal zəncirinin müxtəlif seqmentlərində yaranan karbon emissiyalarının yığılması, xammal kimi istifadəsi və yeraltı laylara vurulması üzrə müxtəlif layihə ideyalarını nəzərdən keçirir. Metanol zavodumuzda yanma prosesində alınan CO2 emissiyalarının təkrar istifadəsi üçün avadanlıqlar və on-line monitorinq sistemi yaradılıb.

Bəzən ictimai diskurs enerji mənbələri arasında fərqi nəzərə almır, neftin və qazın yanacaq olmaqdan başqa rolları da diqqətdən kənarda qalır. Biz bir neçə ildir, neft-kimya sənayesinə intensiv sərmayələr qoyuruq. Plastik kütlələr, gübrələr, rezin, dərman preparatları kimi istehlak mallarının istehsalını kimyəvi xammalla təmin edirik. Neft-kimya sənayesinin xammala olan tələbatını isə neftçıxarma sənayesi təmin edir.

Biz ətraf mühiti çox çirkləndirən və nisbətən az çirkləndirən üzvi yanacaqlara qoyulan məhdudiyyətləri də fərqləndirməliyik. Bu fərqləndirmə olmasa, enerji səbətində mazut və kömür kimi ətraf mühiti daha çox çirkləndirən, lakin nisbətən daha ucuz olan yanacaqların daha təmiz alternativ olan təbii qaza nisbətən çəkisinin artması ekoloji riskdir.

SOCAR beynəlxalq ekoloji hərakat çərçivəsində üzərinə həm də təşəbbüskar və aparıcı qüvvələrdən biri kimi əlavə rol götürüb. Məsələn, SOCAR qısa müddət əvvəl iqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının roluna həsr olunmuş konfransın təşkilatçısı olub”, - SOCAR-ın prezidenti qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:46 Rövnəq Abdullayev: Neft Daşları Azərbaycanın strateji hesabına çevriləcək Bu gün Neft Daşlarının 70 illiyi tamam olur. AZƏRTAC bu münasibətlə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin məqaləsini təqdim edir. Bu günlər xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini - Neft Daşları yatağında ilk neftin
10:13 Novruz Məmmədovdan əlilləri sevindirəcək QƏRAR: 7 TƏLƏB MÜƏYYƏNLƏŞDİ Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə qərar verib. Mediaxeberleri.az xəbər verir ki, qərarda deyilir: 1. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları 1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin iş
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
22:55 Mahmudovçu şəbəkənin daha bir üzvü: Akim Bədəlov çətin durumda – ŞOK DOSYE Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də baş verən qəzadan sonra ölkə ərazisində 2 gün elektrik enerjisinin verilişində problem yarandı. Ölkənin böyük bir hissəsinin işıqla təminatının Mingəçevirə möhtac qalması, yeni suallar ortaya çıxarır. Nə üçün hələ də Azərbaycanda alternativ və bərpa edilən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az