t s

» » Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şok

Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şok

13-12-2019, 08:31 Yazar:  Samir Baxılıb: 190 Çap et
Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şok
Dekabrın 11-nə keçən gecə Rossiya-1 telekanalında “SSRİ-siz 28 il, SSRİ-nin dağıdılması necə hazırlanırdı” mövzusunda tok-şou olub.

Mediaxeberleri.az
Virtualaz.org-a istinadla xəbər verir ki, 1990-cı ildə o vaxtkı Sovet Rusiyasının Ali Sovetinin deputatı seçilmiş rusiyalı tanınmış siyasətçi və ictimai xadim Sergey Baburin SSRİ-nin qəsdən, Mixail Qorbaçov tərəfindən dağıdıldığını bildirib. Və bu məqsədlə Dağlıq Qarabağ münaqişəsinin bilərəkdən qızışdırıldığını açıqlayıb.

Baburin deyib: “Keçmiş sovet respublikalarındakı bütün o separatçı hərəkatları, xalq cəbhələrini kim yaratmışdı? Moskvadan, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin kuratorluğu altında yaratmışdılar. Onlar bu hərəkatların toxumunu əkdilər, möhkəmləndirdilər və tapşırdılar: “çalxalayın”. Erməniləri Dağlıq Qarabağı götürməyə çağıran, azərbaycanlıları isə Dağlıq Qarabağı verməməyə səsləyən kim idi? Mərkəzi Komitəsinin Siyasi Bürosundan, o vaxt cənab Yakovlev (Siyasi Büro üzvü) İrəvana getdi və dedi: “Dərhal qərar qəbul edin və Azərbaycandan Dağlıq Qarabağı götürün!”

Rusiyalı siyasətçi onu da deyib ki, SSRİ-nin dağıdılması prosesinə 1986-cı ildən start verilmişdi, ölkəni içəridən məhv etmək üçün iş başlamışdı...

Onun sözlərinə görə, Qorbaçov bilərəkdən Varşava müqaviləsini buraxdı. Bu haqda o, Maltada, sualtı qayıqda Buşla (ABŞ prezidenti) keçirilən görüşdə anlaşıb.

“Məsələn, mən Teodor Jivkovdan öyrənə bilmişdim ki, (kommunist Bolqarıstanının rəhbəri olub) Moskvadan onun devrilməsini necə təşkil etmişdilər. Onu təntənə ilə pensiyaya yola salana isə Qorbaçov Jivkovun devrilməsinə rəhbərlik edən adamı yanına çağırıb, söyüşlə ona izah edib ki, dərhal Jivkova qarşı cinayət işi qaldırmaq lazımdır, onu həbs etmək lazımdır. Mən hələ onu demirəm ki, Çauşeuskunun (Rumıniya diktatoru) devrilməsini və güllələnməsini də Qorbaçov təşkil etmişdi. Əvvəl elə bilirdim ki, bunu edən amerikalılardır, amma indi əminəm ki, amerikalılar sadəcə olaraq bunun əleyhinə çıxmayıblar”, - Baburin deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az