t s

» » Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

9-12-2019, 10:42 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdıAstara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Mediaxeberleri.az-ın məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub.

Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı o C.Əliyevi qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:53 Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:30 Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az