t s

» » Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

7-12-2019, 20:38 Yazar:  Samir Baxılıb: 272 Çap et
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Bu gün keçirilən toplantıda parlamentə seçkilər, təşkilati məsələlər müzakirə olunub. Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

Mediaxeberleri.az
xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.

Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri Arzuman Abubəkirov, Fikrət Yusifov və Yalçın Hacızadə çıxış edib.

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisinin bəyanatını məclis üzvlərinə təqdim edib:

-Bəyanatda bildirilir ki, 2018-ci ildə xalqın yüksək siyasi fəallığı ilə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyəti qazanan Prezident İlham Əliyev dərhal dövlətin və cəmiyyətin bütün tərəflərini əhatə edən və geniş xarekter daşıyan islahatlara start verib. “İlk növbədə formalaşdırdığı hökümətə təşəbbüskar, novator, müasir dünyagörüşlü, təmiz imici olan və idarəçilikdə kifayət qədər təcrübə toplamış gəncləri cəlb etdi. Struktur dəyişikliklərilə müşayət olunan yeni kadr islahatları davam etməkdə və fundamental mahiyyət daşımaqdadır.

Dövlətimizin güclənməsində, maliyyə imkanlarımızın artmasında mühüm amil olan iqtisadiyyatımızı müasir tələblər səviyyəsində qurmaq, vergi və gömrük sistemində şəffaflığı təmin etmək, kölgə iqtisadiyyatına son qoymaq, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq yolunda mühüm addımlar atıldı. İnqilabi xarakter daşıyan sosial islahatlar cəmiyyətimizin bütün sahələrini əhatə etdi.

Eyni zamanda, məhkəmə-hüquq sistemini təkmilləşdirmək məqsədilə “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərman imzalandı və beləliklə, cənab prezidentimiz Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldırmaq niyyətini və iradəsini ortaya qoydu.

Ölkə prezidentinin həyata keçirdiyi islahatlar xalqımız və nüfuzlu Beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməkdə və müdafiə olunmaqdadır.

2015-ci ildə formalaşan Milli Məclis fəaliyyətinin dörd ilində qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirmiş, çoxsaylı qanunları qəbul etmiş, Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığında əhəmiyyətli addımlar atmışdır. Bununla bərabər, etiraf etməliyik ki, ölkə prezidenti, möhtərəm, cənab prezidentin son iki ilə yaxın zaman kəsiyində həyata keçirdiyi və hakimiyyətin iki qolunu əhatə edən islahatlar, Milli Məclisdən də yan ötə bilməzdi. Ona görə də geniş miqyas alan islahatların yüksək səviyyəli, peşəkar, dövlətçiliyimizə sədaqətli, prinsipial və fəal parlament bazasına söykənərək aparılması zamanın tələbidir.

Artıq ölkə prezidenti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər haqqında sərəncam imzalayıb. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməklə bağlı müsbət rəylərini bildirməkdədilər.

Təəssüflə qeyd etməliyik ki, özünü “aparıcı” siyasətçi hesab edən bəzi dairələr gücsüzlüklərini və seçkilərdə məğlub olacaqlarını sığortalamaq üçün əsası olmayan, absurd fikirlərlə gündəlikdə qalmağa çalışırlar. Əminik ki, hər zaman olduğu kimi, xalqımız bir daha onların avantürüst çağrışlarını və özlərini baykot edəcək, erkən parlament seçkilərində yüksək siyasi fəallıq nümayiş etdirəcəkdir.

Ana Vətən Partiyasının Ali Məclisi növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında möhtərəm, prezidentin 5 dekabr 2019-cu il tarixli sərəncamını birmənalı olaraq dəstəkləyir və seçkilərdə partiyanın fəal iştirakını zəruri hesab edir.


Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az