2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi haqqında sərəncamlar imzalayıb. Cari il oktyabrın 17-də Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dekabrın 6-da ölkəmizdə bir gündə 650 min ağac əkilib.
MEDİAXEBERLERİ.AZ xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Goranboy rayonunda da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yolların ətrafında və digər yerlərdə kütləvi ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə və kənd bələdiyyələri, təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin, Goranboy Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 2800 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında minlərlə şam və meyvə ağacları əkilib.
Öz şərhini bildir: