t s

» » Bu gün Avropa Oyunları start götürür (VİDEO)

Bu gün Avropa Oyunları start götürür (VİDEO)

12-06-2015, 08:21 Yazar:  Məmməd Məmmədov Baxılıb: 550 Çap et
Bu gün Avropa Oyunları start götürür (VİDEO)Bakı-2015-də 20 idman növü üzrə yarışlar keçiriləcək

2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaqlar.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib.

Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəlin alovlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Məşəl ölkə boyunca 60-a qədər rayona səyahət edərək iyunun 7-də Bakıya gətirilib və iyunun 12-dək Bakının müxtəlif yerlərində məşəl estafeti baş tutub. Ümumilikdə açılış mərasiminədək məşəl təxminən 5500 km məsafəni qət edib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:39 "Rossiya 24": "Avropa Oyunları-2015: Azərbaycan idmançıları qarşılamağa hazırdır" "Bakıda Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Artıq bazar günü məşəl estafeti Azərbaycanın paytaxtına çatacaq. Məşəl şəhərin mərkəzi ilə aparılacaq, iyunun 12-də isə Olimpiya Stadionunda alovlandırılacaq. Bakıda atletləri artıq səbirsizliklə gözləyirlər. Şəhər 6 mindən çox idmançını və
08:02 Jukov: Bakıya ən güclü idmançılarımız gedir “Rusiyanın şərəfini olimpiya və dünya çempionları qoruyacaqlar”. Rusiya Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ən yüksək nəticə uğrunda mübarizə aparacaq və Yay Olimpiya Oyunlarına maksimum lisenziya almağa çalışacaq. Mediaxeberleri.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə
23:55 Bilet almağa tələsin (VİDEO) İlk Avropa Oyunlarının açılış mərasiminə biletlərin 60 faizi artıq satılıb. ANS TV-nin məlumatına görə, bunu Bilet Satış Şöbəsi üzrə layihə meneceri Zaur Məmmədov bildirib. O qeyd edib ki, Avropa Oyunları üçün 600 min bilet satışa buraxılıb. İndiyə qədər isə 150 min bilet satışı olub. Qeyd edək
12:11 Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq. Tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti
16:38 "Bakı 2015" Məlumat Mərkəzini təqdim etdi Zəng vuranları Bakı 2015-in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq Bakı 2015 Əməliyyat Komitəsi Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim etdi. ANS PRESS-in məlumatına görə, mərkəz Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı ən yeni və dəyərli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az