t s

» » Almaniyada işləyən jurnalist İlham Əliyevə şikayət etdi: “Əmlak Komitəsi bizi süründürür”

Almaniyada işləyən jurnalist İlham Əliyevə şikayət etdi: “Əmlak Komitəsi bizi süründürür”

4-12-2019, 17:08 Yazar:  Samir Baxılıb: 60 Çap et
Almaniyada işləyən jurnalist İlham Əliyevə şikayət etdi: “Əmlak Komitəsi bizi süründürür”Almaniyada çalışan jurnalist Həsən Babayev mətbuat vasitəsi ilə prezident İlham Əliyevə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən süründürməçiliyə məruz qalması və ölkə başçısının 23 oktyabr 2019-cu il tarixli fərmanının sabotaj edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Mediaxeberleri.az xəbər verir ki, H.Babayevin müraciətində deyir:

"3 aya yaxındır, dövlət Komitəsinin rəhbərliyi bir aya həll edilməli olan məsələni yubadır. Sentyabr ayının 18-də Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Əmlakının Özəlləşdirilməsi şöbəsinin müdir müavini Nigar xanıma ailəmizin mülkiyyətində olan, Yeni Yasamal, Əsəd Əhmədov 31 mənzil 1-in zirzəmisinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi ilə bağlı tərəfimizdən müraciət edilib.

Qeyd edim ki, bu zirzəmi mənzilimizin alt hissəsi olara bizim istifadəmizdədir. Komitənin kuratoru Dövlət Əmllakının Özəlləşdirilməsi şöbəsinin müdiri Sadiq Məmmədovun adından onlara daxil olan 20.09.2019-cu il tarixli, 1901306348 saylı məktuba əsasən özəlləşdirilməsi nəzərdə tutulan zirzəmiyə baxış keçirib, özəlləşdirilmə perspektivinin olması barədə adıçəkilən şöbəyə rəy göndərib. Bizə bildirdilər ki, yaxın günlərdə əmlakın qiymətləndirilməsi həyata keçiriləcək və biz qanuni olaraq müəyyən edilən əmlak dəyərini (rüsumu) ödədikdən sonra çıxarış əldə edəcəyik.

Məsələ ilə bağlı şöbə müdiri Sadiq Məmmədovla, onun müavini Nigar xanımla və komitənin digər məsul şəxsləri ilə əlaqə saxlamışıq. Bizə bildiriblər ki, Prezidentin fərmanına görə bütün işlər dayandırılıb, Komitə tərəfindən heç bir özəlləşdirilmə işi aparılmır. Görünən odur ki, dövlət başçısının fərmanından sui-istifadə edərək məsələni həll etməkdən boyun qaçırırlar.

Cənab İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli, İqtisadiyyat nazirliyinin strukturunun genişləndirilməsi ilə bağlı imzaladığı fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirməlidirlər. Komitənin məsul şəxsləri isə struktur dəyişikliyi səbəbindən fəaliyyətlərinə ara verdiklərini qeyd edirlər.

Buradan cənab Prezidentə müraciət edərək bildirirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi sizin fərmanınızı sabotaj edərək haqqımız olan bir məsələni 3 aydır “Prezidentin fərmanına görə bütün işləri dayandırmışıq” deyərək icra etməkdən boyun qaçırır.

Sizə bundan əvvəl ünvanladığım rəsmi məktub baxılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə yönləndirilib. Sədr müavini Rafiq Cəlilovun imzası ilə bizə göndərilən cavab məktubunda məsələ ilə bağlı Komitədə lazımı tədbirlər görüləcəyi qeyd edilsə də, bu günə qədər heç bir dəyişiklik yoxdur.

Sizdən Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə məsələnin tez bir zamanda həllini tapması üçün göstəriş verməyinizi xahiş edirəm. Heç bir məmurun mənəvi haqqı yoxdur ki, vətəndaşları incidərək, Sizin tərəfinizdən dövlətimizin sürətli inkişafı istiqamətində atdığınız uğurlu addımlara, aparılan islahatlara və müsbət dəyişikliklərə kölgə salsın.

Hörmətlə, Həsən Babayev”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az