t s

» » Geni dəyişdirilmiş meyvələri necə tanıyaq?

Geni dəyişdirilmiş meyvələri necə tanıyaq?

10-06-2015, 22:30 Yazar:  Aygün Baxılıb: 539 Çap et
Geni dəyişdirilmiş meyvələri necə tanıyaq?Əvvəlcə, qeyd edək ki, 2011-ci ilin dekabrında qəbul edilən “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsi qadağan edilib. Eləcə də Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunaraq, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilib.

Belə ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması müzakirə olunaraq plenar iclasa tövsiyə olundu.

Cinayət Məcəlləsinə əlavə edilən həmin 200.2-ci maddə belədir:

Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi;

Maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə - bilə idxal etmə, satma- bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.



Maddənin ikinci hissəsinə əsasən, “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin üçüncü hissəsinə əsasən, yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin dördüncü hissəsinə görə isə, yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

Inzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir. Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada “az miqdar” dedikdə min manatadək olan dəyər başa düşülür...

Amma deyəsən bir çoxlarının nə bu cərimə və həbs qəti imkan tədbirlərindən nə də ümumiyyətlə bu maddədən xəbərləri var. Hələ də marketlərdə GMO-lu meyvələrə rast gəlmək olur. Bəs bunlar ölkəyə haradan girir? Bu məsələyə kim nəzarət edir?

Məsələ ilə bağlı ATV.az-a açıqlama verən Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələ ilə bağlı müəyyən tədbirlərin görülməsindən danışıb: “Bu məsələ prezident səvyyəsində qaldırılıb. Çox ciddi tədbirlər görülüb və görülməkdədir. Bu cür məhsullar nəinki xaricdən gəlir, həmçinin öz ölkəmizdə də istehsal olunur. Hələ ki, bu halların qarşısını ala bilmirik. Bunun əsas səbəblərindən biri də bu məsələ üzrə laboratoriyaların işləməməsidir”.



Bəs əhali geni dəyişdirilmiş məhsullardan özümüzü necə qoruyaq?

Eyyub Hüseynov bildirir ki, əhali aldığı və yediyi məhsula diqqət etməlidir.

“ Bu haqda artıq hər kəsin məlumatı var, GMO məhsullarının sağlamlığa necə təsir etdiyini də bilirik. Bu məsələ nəinki ölkə, dünya səviyyəsində qaldırılan məsələdir. Alıcılar gözüaçıq olsunlar. Çərdəkləri kiçik olan böyük ətli-sulu mükəmməl görünüşlü, eyni boyda, eyni formada olan meyvələri almasınlar. Belə meyvələrə qurd da yaxınlaşmır. Şəhər əhalisi yediyinə daha çox fikir versin. Soya bitkisinin 98 faizi geni dəyişdirilib. Kənd əhalisi isə mümkün qədər özləri yetişdirdiyi məhsullardan istifadə etsin. Qarpızın çərdəyi kiçikdirsə, onun geni dəyişdirilib. Ümumiyyətlə məhsulun çərdəyi ikinci il bar vermirsə, bu məhsulların geni dəyişdirilib”.

Qeyd edək ki, bu gün ölkəyə gətirilən uşaq yeməklərinin hamısı GMO məhsullarıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:00 İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqlədi 234-cü maddə ləğv olundu. Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası
14:46 Azərbaycanda geni dəyişdirilmiş bitkilər qadağan edildi 5 ilədək azadlıqdan məhrumetmə cəzası. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələr müzakirəyə çıxarılıb. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu
14:32 Azərbaycan GMO-nu qadağan edir Cinayət Məcəlləsinə yeni maddələrin əlavə olunması tövsiyə olunub. Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir. Mediaxeberleri.az xəbər verir
23:34 Bu sirri yayana cəza veriləcək Məsələ Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilib Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir. Bu barədə məsələ Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Belə ki,
01:03 Yeni doğulan uşaqların üç valideyni olacaq - VİDEO Bundan sonra Böyük Britaniyada genetik modifokasiya olunmuş körpələr dünyaya gələcək. Mediaxeberleri.az xəbər verir ki, ATVxəbər.az-ın məlumatına görə, Parlamentin qəbul etdiyi qanun layihəsi insan genotipinin süni şəkildə dəyişdirilməsi və valideyni bir neçə nəfər olan genetik modifikasiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az