t s

» » Həmin zabitlər çox yanlış yol tutublar - Millət vəkili

Həmin zabitlər çox yanlış yol tutublar - Millət vəkili

2-12-2019, 22:38 Yazar:  Samir Baxılıb: 101 Çap et
Həmin zabitlər çox yanlış yol tutublar - Millət vəkili
Neçə il xidmət etməsindən asılı olmayaraq, zabit rütbəsi daşımış istənilən adam öz bəyanatlarına və özünün çıxışlarına xüsusi diqqət yetirməlidir. O, problemlərin qanun çərçivəsində həll edilməsinə çalışmalıdır. O, çıxışlarının hansı nəticə verəcəyini hesablamağı bacarmalıdır. Hesab edirəm ki, həmin şəxslər çox yanlış yol tutublar. Çünki əgər problemi varsa, daha yüksək instansiyalara müraciət edə bilərlər. Onların bu cür bəyanatları heç də Azərbaycana müsbət imic gətirmir və Ermənistanın əlində silaha çevrilirlərsə, mən onların hərəkətini müsbət qarşılamıram.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan Ordusunun ehtiyatda olan polkovnikləri - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan dövləti öz hərbçilərinin sosial məsələlərinin həll edilməsini yüksək səviyyədə diqqətdə saxlayır və bundan sonra da saxlayacaq: "Zabit, sadəcə olaraq, peşə deyil. Bu eyni zamanda qürur mənbəyidir. Zabit istənilən məsələni mövcud qanunlar çərçivəsində, həmçinin ölkənin imicinə xələl gətirmədən həll etməlidir. Əgər bunun əlində doğrudan da sənəd varsa, doğrudan da, bunu təsdiqləyəcək material varsa, müvafiq orqanlara müraciət edə bilər və bununla da məsələ araşdırılar. Yoxsa heç bir əsas olmadan diqqəti özünə çəkməyə çalışmaq yolverilməzdir. Eyni zamanda zabit bilməlidir ki, bunun müraciəti Ermənistanın diqqətini cəlb edir. Ermənistan bunun müraciətindən ölkəmizə qarşı təbliğat müharibəsində istifadə edəcək. Belə olan halda, həmin zabit və ya zabitlər özünə nə dərəcədə sıxışdırır ki, onların adı Ermənstanın mətbuat silahlarında bir mərmi kimi istifadə ediləcək. Axı bunu o, özünə necə rəva bilir? Mən bunu pisləyirəm və hesab edirəm ki, zabit forması geyinmiş və geyinən istənilən adam bu məsələdə özü özünə hesabat verməlidir. Onlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər və bizim buna şübhəmiz yoxdur. Amma sadəcə olaraq buna cəhd edirlər. İstənilən halda onlar özləri özlərinə hesabat verməlidirlər".

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas “qəhrəmanlarına” çevriliblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:02 İcra başçısı aparılan abadlıq işləri ilə tanış olub Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri aparılır. Yeni çəkilən avtomobil yolları, inşa olunan sənaye obyektləri, təsərrüfat müəssisələri, müasir məktəblər, bağçalar, təhsil, səhiyyə, mədəniyyət
16:10 Ağstafa yüksək templərlə inkişaf edir Ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən ölkədə qeyri neft sektorunun inkişaf etdirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də uğurla icra edilir. Respublikanın qərb bölgəsində yerləşən Ağstafa rayonunda
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
08:48 “Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? Mediaxeberleri.az “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti haqqında “haqqın.az” portalının hazırladığı məqaləni təqdim edir. Qəribə şəkildə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilən “Bakı Abadlıq Xidməti” adlı özəl müəssisənin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlərin talan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az