t s

» » Ağstafa kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almaqdadır

Ağstafa kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almaqdadır

2-12-2019, 22:28 Yazar:  Səxavət İsmayıl Baxılıb: 81 Çap et
Ağstafa kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almaqdadır
Azərbaycanın qərb qapısı olan, yetirdiyi tarixi şəxsiyyətləri, şair və yazıçıları ilə tanınan Ağstafa rayonunda da respublikamızın bütün bölgələrində olduğu kimi, tikinti və quruculuq işləri geniş vüsət almışdır.


Yeni çəkilən avtomobil yolları, inşa olunan sənaye obyektləri, təsərrüfat müəssisələri, müasir məktəblər, bağçalar, təhsil, səhiyyə, mədəniyyət ocaqları, idman kompleksləri və s. müasir Azərbaycanın bugünkü inkişafından xəbər verir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında da şəhər və rayonlarda abadlıq işlərinin aparılması ilə bağlı xüsusi bəndlərin əksini tapması ölkəmizin bundan sonra da uğurla inkişaf etdirilməsi deməkdir.

Respublikamızın hər yerində olduğu kimi, ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində Ağstafa rayonunda da tikinti-quruculuq işləri böyük miqyas alıb. Bu gün rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri Ağstafa və Qazax şəhərlərini birləşdirən Dağ Kəsəmən kəndini də əhatə edir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə kənddə həyata keçirilən işlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılmasıistiqamətində müvafiq tapşırıqlar ını vermişdir.

Hazırda mərkəzi küçədə yeni bardurlar qoyulur, piyada səkiləri və dekorativ hasarlar yenidən qurulur, kommunikasiya xətləri yenilənir. Ümumilikdə 170 p/metr hasar bərpa edilmiş, 3700 kv.metr hasar və yol kənarında olan inzibati binalar rənglənmiş, 1,2 km məsafəyə səki daşları düzülmüşdür. Hazırda çınqıl ballası ilə yol kənarları asfalt qoyulması üçün hazırlanır. İcra başçısı kəndin mərkəzində inşa olunmuş şəhidin adını daşıyan parkda da müvafiq təmir-tikinti işlərinin aparılması üçün konkret tapşırıqlarını verdi.İşlərə baxış zamanı İcra başçısı ilə ünsiyyətdə olan bir sıra kənd sakinləri həyata keçirilən abadlıq-quruculuq işlərini olduqca yüksək qiymətləndirdiklərini vurğulayaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az