t s

» » İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə - Dəyişiklik

İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə - Dəyişiklik

2-12-2019, 22:12 Yazar:  Samir Baxılıb: 92 Çap et
İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə - Dəyişiklik
"Tibbi sığorta haqqında" Qanunun xidmətlər zərfi ilə bağlı müddəalarına müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Təkliflərə əsasən, xidmətlər zərfi artıq baza və əlavə hissələrdən ibarət olmayacaq. Belə ki, zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna təklif olunan bu dəyişikliklər də hazırda Milli Məclisin payız sessiyasında müzakirə olunur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları və onlardan istifadə şərtləri, tibbi xidmətlərin tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, daha əvvəl icbari tibbi sığortanın xidmətlər zərfinin iki hissədən - baza və əlavə hissələrdən ibarət olacağı bildirilmişdi. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aid olacaq idi. Baza hissədən Azərbaycan vətəndaşları, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin istifadə etməli idi. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənilməli idi. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməli idi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
23:02 Yeni ildən yeni tibbi xidmətə keçiləcək, amma necə? - TƏFƏRRÜAT "Sığortaolunanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində tibbi xidmətlər göstəriləcək" Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində həyata
12:50 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Bunu "Xalq qəzeti"nə müsahibəsində
08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin
09:10 İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin müddəti uzadıldı Azərbaycan Prezidenti 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. İcbari Tibbi Sığorta üzrə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az