t s

» » Şəhid ailələri hər zaman diqqət mərkəzində olmalıdır

Şəhid ailələri hər zaman diqqət mərkəzində olmalıdır

2-12-2019, 21:51 Yazar:  Səxavət İsmayıl Baxılıb: 117 Çap et
Şəhid ailələri hər zaman diqqət mərkəzində olmalıdır
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının firavan yaşam tərzi, ən əsası da onlara olan diqqət və qayğı dayanır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkilməsi də dövlətin vətəndaşına olan diqqət və qayğısı deməkdir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə də bu sahənin hər zaman ön planda olması, sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar bunu söyləməyə əsas verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun bariz nümunəsidir.

Mediaxeberleri.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Milli Qəhrəman Şamoy Çobanovun atası Çobanov Məhyəddin İsə oğlunu qəbul edib, arzu və istəklərini dinləyib. Şəhid atasının torpaq məsələsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri məsələnin araşdırılaraq baxılacağını bildirib və aidiyyatı üzrə tapşırıq verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:49 Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Mediaxeberleri.az xəbər verir ki, səyyar
15:04 Əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Bu gün müstəqil Azərbaycan
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az