t s

» » İslahatlar ölkəyə böyük faydalar gətirir – İlham Əliyev

İslahatlar ölkəyə böyük faydalar gətirir – İlham Əliyev

2-12-2019, 15:18 Yazar:  Samir Baxılıb: 77 Çap et
İslahatlar ölkəyə böyük faydalar gətirir – İlham Əliyev
Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 2-də CİSCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir", - dövlət başçısı vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:40 Ege Hospitalda xəstə 2 saat çəkən ürək masajı ilə həyata qayıtdı Ege Hospitala, ürəkdə öldürücü aritmiya və ürək - tənəffüs dayanması vəziyyətində gətirilmiş 1978-ci il təvəllüdlü Səməd Əhədov adlı xəstə 2 saatdan çox ürək masajı edilərək həyata qaytarılıb. Mediaxeberleri.az xəbər verir ki, Ege Hospitalın uzman kardioloqu Aysel İslamlı tərəfindən angioqrafiya
18:25 Aritmiya nədir? – Gənclərdə aşkarlanan ürək probleminin sirri Aritmiya – ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır. Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir. Mediaxeberleri.az dəbdə olan xəstəliyin əlamətlərini təqdim edir. Aritmiya ürək
10:21 Ürəkdə mitral qapaq çatışmazlığı nədir? – Revmatizmalı xəstələr risk altındadır Mitral qapaq çatışmazlığı uşaq və yeniyetmələrdə, gənclərdə çox diaqnoz olunan ürək qüsurudur. Ürəyin ikitaylı qapaqlarının iltihabi proseslər- revmatizm, qırmızı qurd eşənəyi, skledomermiya, atterit kimi xəstəliklərlə zədələnməsi nəticəsində meydana çıxır. Mitral çatışmazlıq qapaq həlqəsinin,
21:17 Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY) Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir. Mütəxəssislər "Report”a
14:52 DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB FAKT Son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur. Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az