t s

» » Ötən ay bəzi banklar manat əmanətlərini ucuzlaşdırıb - ARAŞDIRMA

Ötən ay bəzi banklar manat əmanətlərini ucuzlaşdırıb - ARAŞDIRMA

2-12-2019, 13:10 Yazar:  Firuzə Baxılıb: 40 Çap et
Ötən ay bəzi banklar manat əmanətlərini ucuzlaşdırıb - ARAŞDIRMA2019-cu ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb, bir bankda isə avroda olan əmanətlərin qəbulu dayandırılır.

Mediaxeberleri.az-ın araşdırmasına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri “Bank of Baku”da 9,50-10,00%-dən 8,50-9,00%-ə, “Rabitəbank”da 8,00-10,00%-dən 8,00-8,50%-ə, “Unibank”da 8,50-9,00%-dən 8,00-8,50%-ə salınıb, “Accessbank”da isə 7,80-8,50%-dən 7,80-9,00%-ə artırılıb.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri Unibank”da 0,80-1,20%-dən 1,00-1,50%-ə qaldırılıb. Ötən "AGBank"da avroda olan depozitlərin qəbulu dayandırılıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – “Naxçıvan Bank” təklif edir.

Banklar dollar əmanətlərini 0,25-3,00%-lə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi “Bank BTB”, "NBC Bank" və "Nikoil Bank"dadır.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:29 Bankların faiz oyunu: Kreditə çox, əmanətə… Milli valyutada olan əmanətlərin yerlədirilməsi ilə bağlı mövzu bütün dövrlərdə öz aktuallığını qoruyur. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların əhalidən cəlb olunan manatla olan əmanətlər üzrə faiz dərəcələri aşağıdır. Demək olar ki, əmanətçinin sərfəli şərtlərlə manat əmanəti
09:52 Çox işləyirik, az qazanırıq - RƏQƏMLƏR 2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu bu barədə facebook sosial şəbəkəsində
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az