t s

» » Tanınmış kinoaktyor ölkə başçısına müraciət edib

Tanınmış kinoaktyor ölkə başçısına müraciət edib

2-12-2019, 12:53 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
Tanınmış kinoaktyor ölkə başçısına müraciət edibAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə,

vitse-prezident Mehriban Əliyevaya,
Mədəniyyət naziri Əbülfəs Qarayevə
Müraciət

90-cı illərdən bu günə qədər ölkəmizdə kino sahəsində böyük bir böhran yaşanmaqdadır. Dünya kino industriyası sürətlə inkişaf edir, biz isə qlobal kino mühitində gedən proseslərlərdən uzaqda qalır, dünya kino industriyasından kənardayıq, hələ də kino sənayemizi formalaşdıra bilmirik. Məsələ ilə bağlı illərdir Mədəniyyət Nazirliyində, Milli Məclisdə və ictimaiyyət arasında müzakirələr aparılaraq islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bu gün Azərbaycanda dövlət sifarişi ilə istehsal olunan, yaxud az büdcə ilə müstəqil çəkilən bir neçə filmin dünyadakı film festivallarına çıxması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.
Hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar və Mədəniyyət Nazirliyinin balansında olan yeganə kinoteatr “Nizami” Kino Mərkəzi fəaliyyət göstərir ki, onların hamısı çoxbüdcəli yerli və xarici kommersiya filmlərinin nümayişlərindən, bilet satışlarından gəlir əldə edir. Bu cür prokat sistemi isə həm əhalini kinodan uzaqlaşdırır, həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur.
Bütün bunları dəyişdirmək üçün biz bir qrup kino adamları aşağıda qeyd etdiyimiz “az büdcəli filmlərin kino industriyası modeli”nin Azərbaycanda tətbiqini istəyirik. Avropa ölkələrinində illər əvvəl tətbiq olunmuş, indi hətta kino industriyası böyük olmayan Myanmar, Efiopiya, Qana kimi ölkələrdə tətbiq olunan və uğurlu nəticələr verən bu model çox asan və sadədir, tətbiqi isə aşağıdakı formadadır:
1. Kino adamlarının istədikləri texniki imkan və heyət ilə məkanlarda çəkiliş etmələrinə heç bir əngəl törədilməməsi təmin edilsin. Yalnız səlahiyyətli orqanlara çəkiliş ediləcəyi barədə xəbərdarlıq məktubu ünvanlansın və həmin məktubun surəti çəkiliş vaxtı prodüserdə olsun. Bundan əlavə olaraq çəkiliş üçün icazə alınmasın, polis və digər mühafizə orqanları tərəfindən yaradıcı prosesə, çəkilişlərə müdaxilələrə ehtiyac qalmasın. Dövlət obyektləri və özəl obyektlər kinomuza dəstək naminə kino adamlarına yardımlarını əsirgəməsin.
2. “Nizami” Kino Mərkəzində gənclərin az büdcəli və ya büdcəsəsiz, hətta zəif texniki imkanlarla ərsəyə gətirdikləri, lakin bədii baxımından keyfiyyətli filmlərin nümayişlərinə simvolik bilet qiymətləri ilə (2-3 manat) imkan yaradılmasına, sözügedən filmlərin afişaları mərkəzin qarşısında asılmasına, filmlərin 3-4 həftə müddətində proqramda saxlanılmasına şərait yaradılsın.
“Nizami” Kino Mərkəzi filmlərin nümayişindən gəlir istəməsin. Yalnız simvolik olaraq hər büdcəsiz filmin bilet satışından əldə olunan gəlirin 3%-inin mərkəzə verilməsinə razı olsun.
3. Filmlərin “Nizami” Kino Mərkəzində nümayişi ilə bağlı icazə verilməsinə və ya yaş həddinin qoyulması mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilməsinə imkan yaradılsın. Azərbaycan Resublikasının Konstitusiyasında qoyulmuş qadağalardan - dini, irqi, cinsi ayrıseçkilik, ekstermist çağırışlar və təbliğatlar - əlavə bir şərt qoyulmasın. Filmlərin texniki keyfiyyəti nəzərə alınmasın.
Az büdcəli və büdcəsiz filmlərin təməl məqsədi ölkədə kino sənayesini formalaşdırmaq və insanları sənət baxımından daha keyfiyyətli kinoya yönləndirmək olduğundan qazanılan məbləğ şübhə predmeti olmasın.
Qeyd etdiyimiz bəndlərdə ticarət mərkəzlərindəki kinozalların və yerli kommersiya filmlərinin gəlirlərinə qarışmamaq üçün büdcəsiz filmlərin nümayiş məkanı kimi “Nizami” Kino Mərkəzini seçmişik. Buna baxmayaraq istənilən kinoteatr məkanının sizlər tərəfindən bizə təklif olunmasına da razıyıq. Eyni zamanda Mərkəz, hazırda paytaxtda sırf kinoteatr ənənəsini daşıyan yeganə kinoteatrdır və təklif etdiyimiz nümayişlərin orda keçirilməsi yaradıcılıqla məşğul olan gənclərin, kino adamlarının müzakirələr apardığı məkana çevrilməsinə şərait yaradacaqdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az