t s

» » Bakıda kafedə silahlı İNSİDENT - xəsarət alan var

Bakıda kafedə silahlı İNSİDENT - xəsarət alan var

2-12-2019, 12:15 Yazar:  Firuzə Baxılıb: 32 Çap et
Bakıda kafedə silahlı İNSİDENT - xəsarət alan varBakıda kafedə xuliqanlıq edən şəxslər saxlınılıb.

Bu barədə Mediaxeberleri.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib.

Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıb.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
23:53 Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:20 Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək... Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi olmaqdayıq.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az