t s

» » Rayan Giqqz: "Azərbaycan ikinci ölkəmiz olacaq"

Rayan Giqqz: "Azərbaycan ikinci ölkəmiz olacaq"

2-12-2019, 10:30 Yazar:  Firuzə Baxılıb: 37 Çap et
Rayan Giqqz: "Azərbaycan ikinci ölkəmiz olacaq""Bu yaxınlarda Bakıda oynamış və qalib gələrək, yaxşı təcrübə əldə etmişik".

Mediaxeberleri.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin püşkünün nəticəsi barədə danışarkən deyib. Noyabrın 16-da Azərbaycan yığması ilə seçmə mərhələ oyununda üz-üzə gəldiklərini xatırladan 46 yaşlı mütəxəssis Avropa çempionatında da İsveçrə və Türkiyə ilə ilk iki oyunu Bakıda keçirəcəklərinə diqqət çəkib: "Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".

Giqqz Bakıdan Romaya səfər və İtaliyaya qarşı keçirəcəkləri son oyunun çətin olacağını əlavə edib. Lakin o, ümid etdiyini bildirib ki, İtaliya ilk 2 matçda qalib gəlməklə 6 xal qazanacaq və Uelslə qarşılaşmada ehtiyat qüvvəsindən yararlanacaq: "Bu, bizim üçün bir qədər asan olacaq. Lakin öncə öz qayğımıza qalmalıyıq".

Qeyd edək ki, Uels yığması İsveçrə ilə iyunun 13-də, Türkiyə ilə isə iyunun 17-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. İtaliya ilə qarşılaşma isə iyunun 21-də "Olimpiko" stadionunda olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az