t s

» » Elxan Məmmədov: "Bakıda pivə keyfiyyətlidi və Uelsdəkindən ucuzdu"

Elxan Məmmədov: "Bakıda pivə keyfiyyətlidi və Uelsdəkindən ucuzdu"

2-12-2019, 09:54 Yazar:  Samir Baxılıb: 29 Çap et
Elxan Məmmədov: "Bakıda pivə keyfiyyətlidi və Uelsdəkindən ucuzdu"
Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

AFFA-nın baş katibi, Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici Elxan Məmmədov püşkün nəticəsi ilə bağlı federasiyanın rəsmi saytına açıqlama verib:

"Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldı ki, Bakı da Avropa çempionatına evsahibliyi edəcək şəhərlərdən biridi.

Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadı. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda 2 oyun keçirəcəyi bizi sevindirir.

Təbii ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdu. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununa getmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdı. Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq.

Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu püşk alındı ki, rəqibləri ilə Azərbaycanın paytaxtında qarşılaşacaqlar. Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidi və Uelsdəkindən ucuzdu.

Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”.Sport7.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az