t s

» » Masallıda dəhşətli “ekoloji terror” hökm sürür - NAZİRƏ MÜRACİƏT

Masallıda dəhşətli “ekoloji terror” hökm sürür - NAZİRƏ MÜRACİƏT

2-12-2019, 09:20 Yazar:  Samir Baxılıb: 29 Çap et
Masallıda dəhşətli “ekoloji terror” hökm sürür - NAZİRƏ MÜRACİƏT
Tanrının Azərbaycana bəxş etdiyi təbii sərvətlərdən biri də böyük turizm potensialına və ekoloji əhəmiyyətə malik olan meşələrimizdir. O meşələr ki, min illərlə ulu babalarımız burada ov ovlayıb,quş quşlayıblar. Hər bir ağacın üstündə körpə uşaq kimi əsiblər, qoruyublar, bizlərə ərməğan ediblər.



Elə dövlətimiz də bu gün meşələrin qorunması, meşə zolaqlarının sahəsinin genişləndirilməsi üçün irimiqyaslı layihələr həyata keçirir, milyonlarla vəsait sərf edir. Ümummilli lider "bir ağac kəsən elə bil ki,mənim qollarımı” kəsir deyirdi. Təbiətin qorunmasının zəruriliyi barədə bundan təsirli, bundan kəsərli söz ola bilməz. Zira dövlətimiz bu "qolların” qorunması üçün böyük çaba sərf edir, işlər görür. Amma,neynəyəsən ki,bəzən meşələrimizi onları qorumalı olan vəzifə sahiblərinin özlərindən qorumaq lazım gəlir!



Bu gün Yardımlı, Cəlilabad və Masallı meşələrində əsl ekoloji terror, yaşıl soyqırım yaşanır. Təbiətə tutulan amansız divan burada tezliklə ekoloji böhrana səbəb ola bilər. Özü də bütün bunlar aranı xəlvət görən Masallı regional Meşə Təsərrüfatının rəhbəri Mustafa Əhmədovun başçılığı altında həyata keçirilir. "Mus-mus” deyincə birdəfəlik Mustafa müəllimin əməllərini sizin diqqətinizə çatdırmaq istəyirik. Çünki meşələrdə "ara xəlvət müdir bəy” prinsipi ilə hərəkət edən bu zatın əməllərini üzə çıxarmağı özümüzə borc bildik. Cənab Prezident biz jurnalistləri özünün dostu hesab edir, doğru məlumatları ona çatdırmamızı zəruri hesab edir. Buyurun, deməsi bizdən, tədbiri sizdən.



Ondan başlayaq ki, M.Əhmədov əsl meşəbəyi kimi "isti kabab isti fətir, doymaq olmur bir də gətir” deyənlərdəndir. Əksər vaxtlarda yamyaşıl meşələr qoynunda "pənco-pənco” eləyən Mustafa müəllim hətta içkili vəziyyətdə iclas aparmaq bacarığına da malikdir. İnsafən bu zaman "tutovka”nın iyini öldürmək üçün "Dirol” çeynəməyi də unutmur. Amma, bu elə bir qoxu ki, yazıq "Dirol” belə önündə acizdir. İndi düşünün, dəm iclasa gələn müdirin rəhbərlik etdiyi meşədə ağaclar nə gündə olar?



Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında Mustafa müəllim deyəsən xəzinə axtarır. Çünki meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar. "Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Yəni qısacası Mustafa müəllim qozu naməlum səbəblərdən zərərli hesab edərək kökünü kəsir. Bu "qoz-qoz” oyunu nəticəsində M.Əhmədov Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerlə bir edib. 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb. M.Əhmədovun qozu namünasib bilməyinin nəticəsində on hektarlarla meşə zolağı məhv edilib.



Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, M.Əhmədovun viranə qoyduğu meşələrin yaxınlığında yağışdan sonra çoxalan göbələklər kimi ağac emal edən sexlər çoxalır. Biz 134 belə sex saya bildik, əlaqədar qurumlar bir az da dərinə getsələr yəqin ki, sexlərin sayı da çoxalacaq. Belə sexlər xüsusilə Xocavar və Binə Xocavar kəndləri ərazisində çoxluq təşkil edir. Təbii ki, bütün bu sexlər bilavasitə M.Əhmədovun "xammalı” ilə işləyir və dolayısıyla ona bağlıdır. İndi görün meşələrimizin min illik sərvəti kimlərin əlində qazanc mənbəyinə çevrilib, dədəsinin malı kimi talanır!



M.Əhmədovun özbaşınalıqları o qədər sərhədzisdir ki, o hətta meşə zolağından qanunsuz olaraq yol çəkilməsi üçün də ərazi ayırmaq cəsarətində bulunur. O, külli miqdarda rüşvət müqabilində Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Bu bilavasitə qanunların ayaq altına alınması, dövlətə sayğısızlıq, özbaşınalığın pik həddidir.



Amma, bu da son deyil. Hal-hazırda Masallı Meşəbəyliyinin Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur. Böyük bir ərazi rüşvət müqabilində satılıb, ağaclar kəsilərək yerində obyektlər sıralanır. Yəni əsaslı tikinti işləri aparılır.



Cəlilabadda 14 saylı meşə dolayında "Qırmızı kitab"a duşmüş ağcaqayın, azad, qızılağac, fıstıq ağacları məhv olunataq həmin ağaclardan 60 sm uzunluğunda çiliklər hazırlanaraq əhalinin pay torpaqlarında salınan çiyələk plantasiyalarına satılıb. Hər çiliyin qiyməti də 50 qəpikdir. Eyni vəziyyət digər meşə dolaylarında da müşahidə olunur. M.Əhmədovun ekoloji terroru cənub zonasının meşələrini məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Masallı meşələrinin meşəbəyi Mustafa müəllimin "kef üstündən kefini” görsəniz, şahidlik etsəniz yaxşı olar,cənab yetkililər, vəzifə sahibləri, əlaqədar qurumlar. Masallı meşələrində Azərbaycan qanunları işləmir, burada M.Əhmədovun "gərgin əməyi” nəticəsində səhralaşma prosesinə start verilib. Vəziyyətə tezliklə müdaxilə olunmazsa cənub bölgəsinin yaşıl tacı xatirələrə çevriləcək, Biz "mus-mus”unu dedik, buyurun Mustafasını da siz gətirin!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az