t s

» » Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU

Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU

15-02-2015, 13:47 Baxılıb: 1258 Çap et
Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU

Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq


Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi və vətəndaş şikayətlərinin gəldiyi rayon rəhbərləri postlarını itirmək təhlükəsi ilə üzləşəcəklər.

Dünən isə rəhbərliyinin əvəzlənmə ehtimalı yüksək olan rayonların bir hissəsinin adları açıqlanıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

Onu da bildirək ki, PA rəsmisinin bu açıqlaması heç də səbəbsiz deyil və bu açıqlamanın ardından müvafiq tədbirlər həyata keçiriləcək. Xatırladaq ki, DİA.AZ olaraq bu barədə əvvəlindən də məlumatlar vermişdik.

Redaksiyamıza bu barədə danışan hökumət içindəki mötəbər mənbə də bildirir ki, artıq rəsmi Bakı bir sıra rayon İH başçılarının yeniləri ilə əvəzlənməsi üçün tədarük içindədir.

Mənbənin dia.az-a söylədikləri: «Süleyman İsmayılovun belə bir məqalə ilə çıxış etməsi təsadüfi deyil. Bu həm də ciddi bir ismarıcdır. Yəni rayonların «xırda padşahları» özlərini arın-arxayın hiss etməsinlər. Düşünməsinlər ki, nəzarətsizdirlər. Və özlərini «yaxşı aparmayan» icra başçıları da mütləq şəkildə cəzalanacaqlar. Bu, prezident İlham Əliyevin yürütdüyü siyasətdə ana xəttdir. Yerli əhali ilə işləyə bilməyən, dil tapmağı bacarmayan rayon rəhbərlərinin vəzifə başında uzun müddətə qalması imkansızdır».

Mənbə bildirir ki, konkret olaraq adları PA rəsmisi tərəfindən çəkilən rayonların başçıları isə artıq xəbərdarlıqlarını alıblar. Mənbə dia.az-a bildirir: «Amma onlardan bəziləri vəzifələrindən uzaqlaşdırılacaq. Artıq siyahı da bəllidir».

Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçılarının vəzifələrindən ilk olaraq alınacağını bildirən qaynaq dia.az-a açıqlamasında Ağsu, Şamaxı, Qazax və Gədəbəy rayon icra başçılarının da ilk hədəflər sırasında olduğunu söyləyib: «Tədbir görüləcək. Və bu tədbirlərin icra tarixi yaxın zamana təsadüf edəcək. Artıq Süleyman müəllim öz məqaləsi ilə start düyməsinin basıldığını nümayiş etdirdi».




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:50 Ramil Usubovdan islahat: mühafizə şöbəsini ləğv etdi - polkovniki işdən çıxartdı Abşeron Rayon Mühafizə Şöbəsinin rəisi Oqtay Dilavərov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Abşeron Rayon Mühafizə Şöbəsi ləğv edilib. Nazirin digər bir əmri ilə Abşeron Rayon Mühafizə Şöbəsi İdarə
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
12:05 Ankara İrəvanı qucağına alır Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az