t s

» » Çempion Şeyx Şamilin portretinə görə cəzalandırıldı

Çempion Şeyx Şamilin portretinə görə cəzalandırıldı

2-12-2019, 02:29 Yazar:  Samir Baxılıb: 89 Çap et
Çempion Şeyx Şamilin portretinə görə cəzalandırıldı
Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.

Report xəbər verir ki, 23 yaşlı pəhləvan yarış vaxtı siyasi və dini baxışlarını ifadə etməsi səbəbindən cəzalandırılıb.

14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı vaxtı Sadulayev Şeyx Şamilin portreti olan futbolkasını nümayiş etdirib. O, 97 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Şərif Şərifova qalib gələrək, qızıl medal qazanıb.

Cəza müddəti 21 yanvar 2020-ci ilədəkdir. Rusiyalı pəhləvan pul cəriməsinə də məruz qalıb. O, tutduğu hərəkətə görə üzr istəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az