t s

» » Milli komandamız “Karate 1” Premyer Liqa turnirində iki medal qazanıb

Milli komandamız “Karate 1” Premyer Liqa turnirində iki medal qazanıb

2-12-2019, 07:55 Yazar:  Samir Baxılıb: 22 Çap et
Milli komandamız “Karate 1” Premyer Liqa turnirində iki medal qazanıb
Azərbaycan karateçiləri Madriddə keçirilən “Karate 1” Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) mötəbər liqasında İrina Zaretska (68 kiloqram) qızıl, Pənah Abdullayev (84 kiloqram) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşü uğursuz alınıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib. İspaniyada keçirilən yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərində hakimlik edən referilər arasında yer alıblar.

“Karate 1” Premyer Liqasının Madrid mərhələsində, həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına layiq görülüblər. 2019-cu il mövsümünün nəticələrinə əsasən “Grand Winners” mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (75 kiloqram) və İrina Zaretska (68 kiloqram) da var. Mükafatın təqdimatı isə 2020-ci il yanvarın 24-26-da Parisdə keçiriləcək növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:43 Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər - TƏHLİL Azərbaycanın iki karateçisi – Rafael Ağayev və İrina Zaretskaya mübarizə apardıqları öz çəki dərəcələrində bu ilin ən güclüləri (“Grand Winners”) elan edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, Dünya Karate Federasiyasının (WKF) K1 Premyer Liqa yarışlarına əsasən təsis etdiyi “Best of the
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
21:01 "Ermənini yenəcəyəm" deyib, Azərbaycanı dünyaya tanıtdı - VİDEO Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az