t s

» » ABŞ Gürcüstanın müdafiə sistemi üçün rekord səviyyədə maliyyə yardımı edəcək

ABŞ Gürcüstanın müdafiə sistemi üçün rekord səviyyədə maliyyə yardımı edəcək

2-12-2019, 07:43 Yazar:  Samir Baxılıb: 23 Çap et
ABŞ Gürcüstanın müdafiə sistemi üçün rekord səviyyədə maliyyə yardımı edəcək
Gələn il Gürcüstan ABŞ-dan müdafiə sahəsi üçün rekord səviyyədə maliyyə dəstəyi alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

Komitə sədri deyib: “Gürcüstan üçün ABŞ-ın dəstəyi olduqca vacibdir. Biz Gürcüstanın beynəlxalq orbitdən itəcəyi və ölkəmizin NATO-ya üzvlüyünün təhlükə altında olması barədə tez-tez eşidirik. Bu fikirlər həqiqətə uyğun deyil. Ölkəmiz NATO-ya üzvlük yolunda qətiyyətlə addımlayır. ABŞ-ın maliyyə yardımını artırması isə bizim düzgün yolda olduğumuzu sübut edir”.

Komitə sədri ABŞ-ın gələn il Gürcüstana hərbi məqsədlər üçün ayıracağı yardımın məbləğini açıqlamasa da bunun rekord həcmdə olacağını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində üçillik əməkdaşlıq sazişi imzalanıb.



Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:08 Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib - FOTOLAR Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Mediaxeberleri.az
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:24 Moskvanın bufer dövlətlər taktikası İmperiya siyasəti, yoxsa özünüqoruma instinkti? Rusiya NATO və ABŞ-ın sərhədləri yaxınlığında möhkəmlənmək planlarına qarşı hərəkətə keçib. Məqsəd qonşu dövlətlər, xüsusilə də Azərbaycan da daxil olmaqla keçmiş SSRİ respublikalarının NATO-ya yaxınlaşmalarının qarşısını almaqdır. Stalinin “Dəmir
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az