t s

» » Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)

Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)

1-12-2019, 11:02 Yazar:  Səxavət İsmayıl Baxılıb: 255 Çap et
Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri rayonumuzda da böyük vüsətlə həyata keçirilir. Bu gün birmənalı şəkildə demək olar ki, Ağstafa böyük bir tikinti meydançasına bənzəyir. Şəhərimizin demək olar ki, hər yerində abadlıq və yenidənqurma işləri aparılır. Hər tərəfdə insanlar bir yenilik yaradır, yeni-yeni binalar tikməklə yanaşı mövcud olan binaların, hasarların, ticarət obyektlərinin simalarını dəyişdirərək yeniləşdirirlər. Hər gün şəhəri gəzərkən təzə bir yeniliyin şahidi olur, dəyişikliklərlə qarşılaşırıq. Bu da hər bir rayon sakini tərəfindən böyük rəğbətlə qarşılanır, ağstafalılarda sevinc və fərəh hissi oyadır.

Mediaxeberleri.az xəbər verir ki, rayonumuzda aparılan tikinti-quruculuq işləri Heydər Əliyev prospektində daha geniş vüsət almışdır. Şəhərin mərkəzi küçəsi olan bu ərazi demək olar ki, başdan-başa yenidən qurulur.

H.Əliyev prospekti boyunca çoxlu sayda ticarət obyektləri və ictimai binalar vardır. Artıq bir neçə aydır ki, burada da yenidənqurma və abadlıq işləri aparılır. İnşaatçılar adları çəkilən obyektlərə də “əl gəzdirirlər”. Prospekt boyunca yerləşən bütün mağazalar, salonlar, banklar, yaşayış evləri, hasarlar əsaslı şəkildə yenidən qurularaq təzə bir görkəmə salınır. Adları çəkilən obyektlərin bütün hamısı aqlay daşları ilə üzlənir, müasir standartalara cavab verən vəıziyyətə gətirilir. Bu gün yenidənqurma işləri başa çatmış yerlərə baxdıqca, sözün əsl mənasında insanın ürəyi açılır. Hər tərəfdən yenilik yağır, müasirlik hiss olunur. Bu da şəhərimizin görkəminin gözəlləşməsindən, Ağstafanın respublikamızın yaraşıqlı şəhərlərindən birinə çevrilməsindən xəbər verir.

Bir sözlə, Heydər Əliyev prospekti boyunca bütün sahələrdə yenidənqurma, əsaslı təmir işləri aparılır, abadlıq işləri həyata keçirilir. Prospekt gündən-günə sözün yaxşı mənasında öz görkəmini dəyişir. Burada ışlər yekunlaşdıqdan sonra şəhərin digər küçələri də abadlaşdırılacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin rəhbərliyi altında görülən bütün quruculuq işləri rayon sakinlərində böyük fərəh hissi oyadır, hər bir ağstafalının ürəyindən xəbər verməklə onu sevindirir.

Sürətlə həyata keçirilən yenidənqurma və abadlıq işləri yaxın vaxtlarda başa çatdırıldıqdan sonra Ağstafa respublikamızın ən abad və gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)
Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)
Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)
Günü-gündən gözəlləşən rayonum - (FOTO + VİDEO)






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az