t s

» » Qarayazı qəsəbəsində səyyar görüş keçirildi - AĞSTAFADA

Qarayazı qəsəbəsində səyyar görüş keçirildi - AĞSTAFADA

29-11-2019, 10:38 Yazar:  Səxavət İsmayıl Baxılıb: 120 Çap et
Qarayazı qəsəbəsində səyyar görüş keçirildi - AĞSTAFADA
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüş Ağstafa rayonunun Qarayazı qəsəbəində olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara diqqət və qayğı, göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha səslənib və minnətdarlıq dolu ürək sözləri ilə yüksək qiymətləndirilib.

Mediaxeberleri.Az-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.
Ölkə başçısının son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurlarının fəaliyyəti haqqında söylədiyi fikirləri qeyd edən rayon rəhbəri dövlət başçısı tərəfindən verilən tapşırıq və tövsiyələrin, göstərdiyi yolun hər bir dövlət məmurunun, vəzifə sahibinin iş fəaliyyətinin əsasını təşkil etdiyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı “Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” kimi söylədiyi fikirlərin hər bir məmur üçün bir örnək olduğunu bir daha vurğulayıb. Eyni zamanda da vətəndaş amilinin hər zaman yüksəkdə tutulmasının bariz nümunəsi kimi qiymətləndirib. “Siz vətəndaşların bizlərə olan sevginiz bizim məsuliyyətimizi daha da artırır”, - deyən icra başçısı ilk gündən bu prinsipə əməl etməyə çalışdığını, daim vətəndaşların arasında olmağı iş fəaliyyətinin əsas tərkib hissəsi kimi gördüyünü bildirib.. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib.
Rayon rəhbəri son illər respublikamızda, eləcə də Ağstafada geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışaraq, SİP kabelləşmə işinin, yeni məhəllələrə qaz xəttinin çəkilməsi məsələsinin vacib olduğunu vurğuladı. Daha sonar Qarayazı qəsəbə İƏD üzrə nümayəndəsi Mikayıl Mikayılov məlumat verərək bildirdi ki,qəsəbə rayon mərkəzindən 48 km məsafədə yerləşir.Nümayəndəlik Qarayazı, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrini əhatə edir. Əhalinin sayı 1027 nəfər, təsərrüfatların sayı 237 vahiddir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Nümayəndəliyin ümumi ərazisi 899 hektardır. Bundan 207 ha vətəndaşlara məxsus pay və 61ha həyətyanı torpaq sahələridir. Nümayəndəlikə tam orta məktəb,ibtidai məktəb, tibb məntəqəsi, kitabxana, körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.
Görüşdə sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən həlli vacib olan məsələ elektrik təsərrüfatının yenidən qurulması və telefon xəttinin olmamasıdır. Məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib aidiyyatı üzrə tapşırıqlarını verdi. Sakinlər rayonda onlara göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildirərək qeyd etdilər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdırırıq. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:19 Sərhəd kəndində sakinlərlə səyyar görüş keçirilib Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən sərhəd kəndlərində yaşayan sakinlərə olan qayğısı, göstərdiyi diqqət, onların qarşılaşdıqları problem və
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az