t s

» » “Mənim düşüncəm” lal həqiqətin dillənməsidir

“Mənim düşüncəm” lal həqiqətin dillənməsidir

27-11-2019, 21:55 Yazar:  Samir Baxılıb: 124 Çap et
“Mənim düşüncəm”  lal həqiqətin dillənməsidir
Azərbaycan adlı böyük bir dövlətin düşmən istilaları, işğalları nəticəsində qəsb olunaraq parça-parça edilmiş torpaqlarından, xalqımızın başına gətirilən soyqırımlardan, əsasən də erməni daşnaklarının türk millətinə qarşı xəyanətindən, ulu-şanlı soykökümüzdən, həmçinin digər mühüm milli məsələlərdən, Qarabağ və digər problemlərimizdən bəhs edən bu tarixi, elmi-publisistik əsəri redaktə məqsədi ilə oxuyarkən həqiqətən müəlliflə - dəyərli dostum, əsl ziyalı, 1-ci Qarabağ müharibəsi veteranı - qazi, hüquqşünas-polittexnoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşovla bir daha qürur duydum, onunla fəxr etdim. Çünki o yüksək vətənpərvərlik, milli köklərimizə bağlılıq və insani dəyərlərlə sintez olunmuş müasirliyin, zamanın siyasi tələbinin, həmçinin beynəlxalq dəyərlərin ortaq mahiyyətinə vararaq türk milli kimliyimizi dərk edib problemlərdən çıxış yollarını izah etmiş, öz təkliflərini irəli sürmüş, hüquqi-siyasi, elmi-tarixi faktlar, mənbələrlə əsaslandırmışdır. Vüqar Dadaşovun Yardımlı rayonunun Bozərən kəndinə mənsubluğu onun türk milli varlığının ilkin sübutu olmaqla yanaşı, ata-babalarının öz dövrünün tanınmış, sayılıb-seçilmiş nüfuzlu simalarından, hətta ulu babasının Lənkəran xanına çatan əqrabalıq zəncirinin mövcudluğu, ana babasının da cənub zonasının inam-pənah yerlərindən olan seyyid ocaqlarından - Mir Qasım ağa olması belə bir kitabın ərsəyə gətirilməsini labüdləşdirir. Müəllif uzun müddət Qarabağ uğrunda gedən savaşlarda Zəngilan istiqamətində qızğın döyüş yolları keçərək odun-alovun içindən çıxmış, yaralanmış, erməni xislətinin əsl mahiyyətinə əyani şəkildə varmış, daxildəki xəyanəti də, sədaqəti də canlı olaraq görmüş, Rusiyada hüquqi təhsil aldıqdan sonra da oranın hüquq orqanları-məhkəmə sistemində çalışmışdır. Vətənə döndükdən sonra da həm tariximiz, problemlərimiz, işğalda olan torpaqlarımız, həm də dünya siyasəti, beynəlxalq hüquq, istilaçı dövlətlərin apardığı məkrli siyasət və digər mövzularda mətbuatda, televiziyalarda çıxışlar etmişdir. Onun yazmış olduğu "Mənim düşüncəm" adlı bu kitab maraqlı araşdırmalarla zəngin elmi-publisistik janrda yazılmış, qeyd olunan mövzulara aid əsaslı dəlillər-mənbələrlə işlənmiş, müəllifin öz şəxsi mülahizə və düşüncələri ilə zənginləşdirilmişdir. Türk millətinin zəngin tarixi köklərindən, indiki bir çox xalqların da kökünün türk millətindən olmasından, zaman-zaman xarici düşmənlərin bu millət arasında parçalanma yaratmasından, Sovet İttifaqı dövründə Azərbaycan xalqına qarşı icra edilmiş, misli görünməyən məxfi cinayətlərdən-əhalinin süni yolla mutasiya edilərək milli kimliyinin dəyişdirilməsindən, qonşu dövlətlərin ata-baba torpaqlarımızı hissə-hissə qəsb etməsindən, ən əsası isə bu yaşanmış və yaşanan problemlərdən çıxış yollarından bəhs edən "Mənim düşümcəm" kitabı həqiqətən də son zamanlarda az-az müraciət edilən vacib mövzuda yazılmışdır. Belə lazımlı mövzularda son zamanlar kitablar demək olar ki, yazılmır. Çünki bayağılıq və dayazlıq artır, elmə-fəlsəfəyə, milli dəyərlərə, dərin düşünənlərə dəyər verilmir, bu cür əsərlər öz layiqli qiymətini almır, nəticədə də belə mövzulara maraq azalır. Həmçinin səbrini basıb belə dəyərli araşdırmalar aparan, əziyyətə qatlanan, vətənə-xalqa dərindən-ürəkdən canı yanan ziyalılarımız da artıq yox dərəcəsindədir. Vüqar Dadaşovun bu araşdırması zamanın tələbi baxımından da, həqiqi, qərəzdən, subyektivlikdən kənar, əsaslandırılmış olması sarıdan da, gələcək nəsillərin əsl həqiqətlərdən halı olması yönündən də müsbət dəyərləndirilməlidir. Müəllif kifayət qədər araşdırma aparmış, hədəfinə götürdüyü mövzuları milli və xarici ədəbiyyatdan, mənbələrdən incələmiş, istifadə etdiyi mənbələri də mətn daxilində qeyd etmişdir. Öz fikirlərini əsaslandırmaq üçün lazımi elmi vasitələrdən istifadə etmişdir. Hərtərəfli, çoxşaxəli mövzular və hadisələr haqqında oxucu üçün təəccüb doğuracaq yeni fikirlər də mətndə mövcuddur. Lakin müəllif bu kimi hissələri tarixi mənbə və özünə məxsus hüquqi faktlarla əsaslandırır... Mətn müəllifin nisbətən fərqli və özünəməxsus yazı üslubu ilə işlənib, yalnız müəllifə məxsus olan "qiymə-demokratiya" kimi terminlərlə yazılıb, redaktə zamanı da müəllifin öz üslubu, məna-məfhumun itməməsi naminə qorunub-saxlanmağa çalışılmışdır. Ermənilərin mənfur xisləti, türk millətinə qarşı tarixən törətdikləri cinayətlər silsilə şəklində, xronoloji ardıcıllıqla sadalanmış, o təcavüzlərin səbəbi, mahiyyəti araşdırılmış, siyasi cəhətdən qiymətləndirilmiş, hüquqi məsuliyyəti izah edilmişdir. Ümumiyyətlə, kitabda bəhs olunan çoxşaxəli, maraqlı mövzuları oxuyaraq qiymət verməyi dəyərli oxuculara həvalə etməyi daha uyğun sayıram. Sovet istilası səbəbi ilə, əsl tariximizdən, arxiv həqiqətlərindən uzaq salınaraq yanlış məlumatlanmış yaşlı nəslin və hazırki bayağı, dayaz mühit nəticəsində belə vacib bilgilərdən uzaq salınmış gənc nəslin səhih, sabitqədəm şəkildə maariflənməsində əvəzsiz rol oynayacağı ümidi ilə əsəri təqdirəlayiq hesab edirəm. Müəllifə də bu cür gərəkli mövzuların araşdırılmasında uğurlar arzu edirəm.

Tural İRFAN
Yazıçı-publisist: Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin, "Dünya Gənc Türk Yazarlar Birliyi"nin Məsləhət Şurasının, Ziyalılar Klubunun İH-nin üzvü, Prezident təqaüdçüsü




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az