t s

» » İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ

İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ

27-11-2019, 21:34 Yazar:  Səxavət İsmayıl Baxılıb: 208 Çap et
İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Aşqabada keçirilən BMD Dövlət Başçıları Şurasının iclasında Ermənistanın Üçüncü Reyxin əsas adamlarından olan Qaregin Njdeni milli qəhrəman etməsini, onun timsalında faşizmi qəhrəmanlaşdırmasını gündəmə gətirəndən sonra Rusiyada bu məsələ aktuallaşdı və belə görünür ki, Moskva Ermənistanın Qaregin Njdeyə abidə ucaltması, beləliklə, faşizmi qəhrəmanlaşdırması ilə barışmayacaq.

Rusiyanın “Federal press” saytı yazır ki, Moskva İrəvana diplomatik siqnal göndərdi.

“Rusiya Njdenin qəhrəmanlaşdırılması ilə barışmaq niyyətində deyil”, - məqalənin sərlövhəsində deyilir.

Azərbaycan lideri İlham Əliyev erməni baş nazir Nikol Paşinyanın da iştirak etdiyi MDB dövlət başçılarının iclasında Ermənistanın faşizmi qəhrəmanlaşdırdığını açıq şəkildə bildirdi.

“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - Prezident həmin tarixi çıxışında belə vurğulamışdı.

Faktların qarşısında aciz qalan Paşinyan vəziyyətdən çıxmaq üçün bildirdi ki, “Njde erməni soyqırımı törədən türklərə qarşı döyüşüb, buna görə onların qəhrəmanıdır”.

“Federal press” Nikolun bu iddialarına cavab olaraq, Q.Njdenin istintaqa ifadəsini üzə çıxarıb.

“Mən Berlində erməni komitəsində işləyəndə bütün diversantlar alman forması ilə təchiz olundu və Krıma göndərildik. Orada Simena kəndində yerləşdik. Krımda bu qrup 4-cü alayın ətrafında idilər. Krım da diversiya məktəbinin bütün üzvləri təxribatlar törətmək məqsədilə Sovet Ermənistanbına göndərilmək üçün hazır vəziyyətdə gözləyirdilər”, - Njde dindirilmə zamanı bildirib.

Q.Njdenin rəhbərlik etdiyi “erməni legionerləri” Almaniyada 8 ay ərzində hərbi təlimlər keçmiş və Ermənistanda Vermaxt hakimiyyəti qurmaq üçün hazırlanmışdı.

N.Paşinyan isə bütün bu faktları təkzib etməyə, Njde məsələsinin Ermənistan-Rusiya münasibətlərinə yox, Ermənistan-Azərbaycan münasibətlərinə aidiyyəti olduğunu iddia edir.

Hərçənd, Azərbaycan Prezidentinin məsələni gündəmə gətirməsindən sonra Rusiya bu məsələdə ciddi mövqe ortaya qoyub. Xüsusilə, Rusiya ictimaiyyəti Krasnodar diyarının Armavir şəhərində Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlandı. Daha sonra Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov erməni apostol kilsəsinin yanında yerləşən Njdenin xatirə lövhəsini qara rəngə boyadı. Ermənistanın Rusiyadakı səfirliyi deputatın əleyhinə çıxsa da, Rusiyanın bir çox deputatı həmkarlarını dəstəklədilər.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov bəyan etdi ki, Njdenin xatirə lövhəsinin sökülməsi üçün əlindən gələni edəcək.

“Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri kimi mənim üçün Njdenin şərəfinə ucaldılan xatirə lövhəsi qırmızı əskidən başqa bir şey deyil”, - o bildirib.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə Njdenin qəhrəmanlaşdırılması məsələsinə münasibət bildirərkən qeyd edib ki, bu gün beynəlxalq kontekstdə tarixi dəyişmək cəhdləri var.

“Bu məsələlər çox incədir. Siyasi və beynəlxalq kontekstdə tarixin redaktəsi və baş verənləri yenidən dəqiqləşdirmək üçün cəhdlərin edildiyini görürük”, - Rusiya səfiri bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə rusiyalı jurnalistlərlə görüşdə Njdeni SSRİ xarici işlər naziri Molotovla müqayisə etməklə öz faşist mahiyyəti bir daha ortaya qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı Paşinyanın bu müqayisəsinə tutarlı cavab verib: “Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?!”.

Göründüyü kimi, Ermənistanın işğalçı rəhbərliyi çətin vəziyyətə düşüb.

“Federal press” saytı yazır ki, Rusiya vətəndaşları Ermənistanın Qaregin Njdeni qəhrəman elan etməsi açıq həyasızlıq və ehtiramsızlıq hesab edirlər.

Sayt qeyd edir ki, Rusiya Njde məsələsində mövqeyini sərt şəkildə göstərib.

“2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı məruzədə BMT qətnaməsinə istinad edilir, qeyd olunur ki, Ermənistan Njde kimi nasistlərlə əməkdaşlıq edənləri milli qəhrəman dərəcəsinə qaldırmağa çalışır. Məsələ ilə bağı qalmaqal Rusiyanın Njdenin qəhrəmanlaşdırılması ilə barışmaq niyyətində olmadığını göstərir”, - məqalədə bildirilir.

Azərbaycan liderinin Aşqabaddakı tarixi çıxışından sonra baş verənlər zərbənin hədəfi dəqiq vurduğunu göstərir.

Asif Nərimanlı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:21 Tarixi məqam: İlham Əliyevin ədalətli və obyektiv tezisləri Njdenin heykəli: faşist cəlladını təmizə çıxarmaq cəhdləri Türkmənistanın paytaxtında MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. İclasın gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az