t s

» » BVF-nin manat proqnozu- devalvasiya təhlükəsi sovuşub?

BVF-nin manat proqnozu- devalvasiya təhlükəsi sovuşub?

10-06-2015, 09:13 Yazar:  Röya Baxılıb: 654 Çap et
BVF-nin manat proqnozu- devalvasiya təhlükəsi sovuşub?Ekspertlər ikinci kəskin devalvasiya məsələsinin gündəmə gələ biləcəyini vurğulayırlar...
Azərbaycanda bu il 8,5, gələn il 6,6 faiz inflyasiya proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci ildə Azərbaycanda ÜDM-in 1,8 faiz artacağını proqnozlaşdırır. Bu barədə BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.

R.Almarzoqi deyib ki, cari ildə qeyri-neft sektorunda 3,5 faiz artım olacağı gözlənilir: “Bu ilin yanvarın 1-dən aprel ayına qədər faktiki məlumatlara baxanda qeyri-neft sektorunda 6,5 faiz artımın olduğunu müşahidə etdik. Ona görə də, bütövlükdə iqtisadiyyatın 1,8 faiz artacağını proqnozlaşdırırıq”. (APA)

İnflyasiyaya gəlincə, R.Almarzoqi deyib ki, bu il 8,5 faizlik qiymət artımı gözlənilir. Onun sözlərinə görə, gələn il inflyasiyanın 6,6 faiz olacağı proqnozlaşdırılır: “Biz inflyasiyanın iki rəqəmli olacağını düşünürdük. Amma devalvasiyadan tələb azaldı, iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə edildi. Manatın devalvasiyası elan edildikdən sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı. Bununla belə, ilin sonuna qiymət artımının davam edəcəyini gözləyirik”.

Ekspertlər isə manatın növbəti devalvasiya təhlükəsinin ötüşmədiyi qənaətindədirlər. Ekspert Samir Əliyevin musavat.com-a bildirdiyinə görə, manatın devalvasiyası təhlükəsinin sovuşduğunu demək tezdir: “Bu təhlükə hələ ki qalır və hökumətin planından çıxmayıb. Hazırkı vəziyyət manatın sabitliyi üçün zəmin yaradır, ancaq bu, daimi deyil. Milli valyutanın taleyi dünya bazarlarında neftin qiymətindən asılıdır. ”Qara qızıl"ın indiki qiymət səviyyəsi manatın bir müddət rahat nəfəs almasına imkan verir. Hələ ki neft 60-70 dollar arasında dəyişir".

Ekspertin sözlərinə görə, ona görə manat üçün hazırda əsas problem kapital axınıdır: “Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəblərindən biri də məhz bu amil idi. Hökumət hələ ki kapital axınının qarşısını inzibati yolla almağa çalışsa da, problem həllini tapa bilməyib. Hələ ki çətinliklə də olsa, nail ola bilir. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Hazırda qeyri-likvid kapitalın likvidə çevrilməsi prosesi gedir. Bu, aylar da çəkə bilər. Biz bunun əlamətlərini yay-payız aylarında müşahidə edəcəyik. Xüsusilə də iri sahibkarlardan zorla kredit ödənişi tələb edilməsinin fəsadları olacaq. Hökumət kapital axınını dayandıra bilsə, neftin indiki qiymət diapazonunda manat üçün təhlükə yoxdur. Böyük ehtimalla, ən azı seçkiyə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq”.

S.Əliyev qeyd edib ki, əgər neft ucuzlaşarsa, yəni 50 dollardan aşağı düşərsə, manatın yumşaq devalvasiyası mütləq baş verəcək: “Ola bilsin, hökumət bunun adını yumşaq devalvasiya yox, məzənnənin neftin qiymətinə adaptasiyası adlandırsın. İstənilən halda söhbət devalvasiyadan gedəcək. Neft 30-40 dollar həddinə düşərsə, bu, uzun müddət davam edərsə, ikinci kəskin devalvasiya məsələsi gündəmə gələcək. Hər bir halda tədiyyə balansının 6 aylıq icra vəziyyəti ilə bağlı məlumat əsasında dəqiq fikir söyləmək mümkün olacaq”.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, BVF-nin proqnozu xeyli yumşaqdır: “Rəsmi məlumata əsasən, may ayında Azərbaycanda 0,6 faiz deflyasiya qeydə alınıb. Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Tərcüməsi budur ki, ölkədə guya qiymətlər düşüb. Azərbaycan hökumətinin tək-tük normal əlaqəsi qalan beynəlxalq qurumlardan biri Beynəlxalq Valyuta Fondudur.

BVF-nin nümayəndəsi açıqlama verib ki, Azərbaycanda bu il 8,5 faiz inflyasiya proqnozlaşdırılır, 2015-ci ildə Azərbaycanda ÜDM-in 1,8 faiz artacağı gözlənilir. Açığı, BVF də xeyli dərəcədə yumşaq açıqlama verib ki, hökumət çox da hirslənib, onları da Bakıdan qovmasın. Bu il inflyasiya ilin sonuna 2 rəqəmli olacaq, ÜDM isə ən yaxşı halda azalmayacaq... Orta təhsilli insana da məlumdur ki, yalan məlumatlar üzərində doğru analizlər qurmaq olmaz, doğru analiz etmədən, dürüst qərarlar vermək mümkün deyil. Doğru-dürüst qərarlar olmadıqda isə ölkə batır, ölkə batsa ilk zərbə elə hökumətə dəyəcək. Yəni məntiqi ardıcıllıq bu qədər bəsit olduğu halda, niyə özlərini aldadırlar ki?!”

RÖYA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:13 Manat dollara bərabər ola bilər İqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda dolların ucuzlaşması barədə yazıb. İqtisadçının sosial şəbəkədə manatın mövqeyinin möhkəmlənməsi barədə fikirlərini təqdim edirik: "Həftəni manat inamla başa vurur. Çünki Mərkəzi Bank hər gün manatı cüzi də olsa bahalaşdırır. Yol salacağımız həftədə
23:24 Azərbaycanda nəqliyyat tarifləri yenə artdı 2015-ci ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitənin verdiyi xəbərə görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici
09:06 Banklara dollarla olan kreditlərinizi ödəyin, əks təqdirdə... Hazırda Azərbaycanda hamını bir sual maraqlandırır. Görəsən manat yenidən ucuzlaşacaq, dollar bahalaşacaqmı? Yaxud dollar neçə manatadək yüksələcək? Banklardan dollarla kredit götürənlər, daha çox bu barədə düşünür desək, səhv etmərik. Banklar hazırki situasiyada müştərilərə kredit müddətinin
00:41 Vahid Əhmədovdan bədbin proqnoz: "Bahalıq olacaq" Martın 17-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək. Bu, ənənəvi hesabatdır. Hökumətin başçısı - baş nazir Artur Rasizadə hər ilin martında deputatların qarşısına çıxıb ötən il gördükləri işlərdən danışır. Növbəti ilə proqnozları, planları açıqlayır. Amma bu il vəziyyət fərqlidir.
15:10 “İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək” “Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az