t s

» » Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları

Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları

22-11-2019, 08:45 Yazar:  Samir Baxılıb: 29 Çap et
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanlarıAzərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Şəki rayonundan cumhuriyyet.az-a göndərilən videoda da eyni hal müşahidə olunur. Görüntülər Şəki Mərkəzi Xəstəxanasının köhnə binasında yerləşdirilən labaratoriyada çəkilib. Burda analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır. Göndərişlə gələn xəstələr isə analizləri aparan həkimin söylədiyi məbləği ödəmək məcburiyyətindədirlər. Kaddrlarda Cəmilə adlı tibb işçisi xəstədən müayinənin haqqını sözün həqiqi mənasında çığırda-çığirda alr. Üstəlik xəstəyə firma dərmanlarının keyfiyyəti ilə bağlı tövsiyyə olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:55 Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli? Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
23:43 M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıda tibb bacısından nazirədək uzanan rüşvət sistemi – VİDEO Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az