t s

» » Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb - "...bu şprislərin satışının lobbiçiliyi aparılır"

Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb - "...bu şprislərin satışının lobbiçiliyi aparılır"

21-11-2019, 15:06 Yazar:  Firuzə Baxılıb: 36 Çap et
Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb - "...bu şprislərin satışının lobbiçiliyi aparılır"Son dövrlərdə media vasitələrində saxta və keyfiyyətsiz şprislərlə bağlı silsilə yazılar gedəndən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yayılan məlumatlara münasibət bildirib. Mərkəzin yaydığı məlumata görə, AEM-ə standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb. Bununla belə AEM vətəndaşlara hər hansı şikayət olduğu halda onlara məlumat verilməsini tövsiyyə edib.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov yaranmış vəziyyətdən narahat olaraq məsələnin araşdırlması ilə bağlı aidiyyatı quruma müraciət edib. Onun müraciəti fərqli formada qarşılanıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə “Ölkə.Az”açıqlama verən AİİB sədri Eyyub Hüseynov bildirib ki, noyabrın 20-də standartlara uyğun olmayan, aptekləri zəbt etmiş,vətəndaşların sağlamlığı üçün təhlükə törədən şprislərlə bağlı dövlət orqanlarına və mətbuata verdiyim məlumatlara görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə çağrıldım.

“Əslində onlar məni ora məsələni müzakirə edib, araşdırmağa yox, “razborka”ya çağırmışdılar. Mərkəzin 4 əməkdaşı ilə aramızda gedən müzakirəni ancaq “razborka” adlandırmaq olar. Çünki, orada gedən müzakirələrdə məlum oldu ki, bu şprislərin satışının lobbiçiliyi aparılır. Ona görə də nə ekspertiza sənədinə, nə yeni qəbul olunmuş standartlara, nə də nazir müavininin imzası ilə standartlara, nə də nazirliyin təkliflərinin 8.13.4 bəndinə məhəl qoyulmur”, - deyə AİİB sədri deyib.
O əlavə edib ki, saat yarım davam edən sözgüləşdirməsi onunla nəticələndi ki mən”haqsızam”. Onların fikrincə, kim necə istəyirsə elə də qazanır:

“Böyük dövlət vəsaiti hesabına tikilib istifadəyə verilmiş şpris zavodunun rəhbərliyi də, heç vecinə almır ki, niyə təhlükəli şprislər bazarı zəbt edib?!”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:35 ƏHALİNİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR! – Mənşəyi bilinməyən şprislərin ölkədə satılmasının məsuliyyətini kim daşıyır? “Azərbaycanda satılan şprislərin mənşəyi bilinmir, müvafiq qurumlar məsələni ciddi nəzarətə götürməlidir… Bu şprislərdən insanlara tibbi xidmətdə istifadə yolverilməzdir”. Bu fikirləri Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev təxminən 20 gün əvvəl “AzPolitika.info”ya
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az