t s

» » Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?.. - Tarixi abidələrimiz baxımsız gündə...

Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?.. - Tarixi abidələrimiz baxımsız gündə...

21-11-2019, 12:54 Yazar:  Firuzə Baxılıb: 24 Çap et
Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?.. - Tarixi abidələrimiz baxımsız gündə...Ağdaşda qəzalı vəziyyətdə olan Qarabəy karvansarayı rayonun əsas tarixi abidələrindən biridir. 1900-cü ildə inşa olunan karvansarayın diqqətdən kənarda qalması, burda yaşayanların gününü də göy əskiyə büküb. Vaxtilə karvansaray kimi fəaliyyət göstərən binadan hazırda ticarət obyektləri və yaşayış məskəni kimi istifadə olunur. Lakin tarixi abidə artıq tab gətirmir və hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Rayonun Müşfiq İsayev küçəsində yerləşən, yerli əhəmiyyətli abidə kimi Mədəniyyət Nazirliyinin qeydiyyatında olan Qarabəy karvansarayı, uzun illər karvansaray kimi fəaliyyət göstərsə də, 1950-ci illərdən sonra yaşayış məqsədilə istifadə edilib.

Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?..

Kanalizasiya sistemi olmayan karvansaray binasından, vaxtilə heyvanların saxlanılması üçün də istifadə olunub. İndi isə həmin hissədən tualet kimi istifadə olunur. Ona görə də, burada yaşayanlar həm üfunətdən, həm də müxtəlif təhlükələr səbəbindən boğaza yığılıblar.

Binanın bərbad vəziyyətdə olması açıq-aşkar hiss olunur. Belə ki, divarlarda əmələ gələn çatları, dam örtüklərinin çürüməsini kənardan adi gözlə görmək mümkündür.

Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?..

Binanın digər tərəfi isə istifadəsiz qaldığı üçün, həmin hissəni ot-alaq basıb. Binadakı mənzillərin dam örtükləri yararsız vəziyyətdədir, otaqlara müxtəlif həşəratlar, sürünənlər daxil olur. Bu baxımdan da sakinlərin bəziləri başlarını götürüb buradan qaçıblar.

AYNA-ya danışan sakinlərin sözlərinə görə, bina 50 ildən çoxdur ki, qəzalı vəziyyətdədir: “Dəfələrlə müxtəlif qurumlara müraciət etsək də, sözümüzü eşidən yoxdur. Hər dəfə müxtəlif bəhanələr gətirilir. Gah deyirlər, pul yoxdur, gah da bizi günahlandıraraq məsuliyətdən boyun qaçırmağa çalışırlar”.

Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?..

Sakinlərə 2020-ci ilədək səbrli olmağı məsləhət görüblər: “Yerli qurunlardan verilən məlumata görə, 2020-ci ilin sonuna qədər bu ərazi abidə kimi yenidən bərpa olunacaq və biz yeni mənzillərlə təmin olunacağıq. Lakin bu, hələ məlum deyil. Belə davam eləsə, hamımız etiraz edəcəyik. Çünki 50 il bundan əvvəl bu ərazidə hər tərəf mənzillərdən ibarət idi. Sonra buranı sökdülər və ərazinin əksər hissəsini satdılar”.

Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?..

“Yaşayış yerində qanunsuz şəkildə dayanacaq da təşkil ediblər. Sürücülər qeyri-qanuni olaraq həyətdən dayanacaq kimi istifadə edirlər. Etiraz edəndə də deyirlər ki, “siz özünüz də burda qanunsuz olaraq məskunlaşmısız”. Halbuki, 1970-ci illərdən bəri biz burda yaşayırıq. Artıq çarəmiz qalmayıb”, - deyə sakinlər gileyləniblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:05 M.A.Əliyev 150 ünvanındakı qəzalı binadan sakinlərin məcburu köçürülməsi tələb olunur - BŞİH ən yüksək kompensasiyanı vəd etdi Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər. Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az